DİA.AZ: - Milyonların sevimlisi, Xalq artisti Aygün Kazımova Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış etdi.
DİA.AZ-ın məlumatına görə, konsertdən bir neçə dəqiqə öncə yağış yağsa da, Naxçıvanın saat meydanına toplaşanların ardı arası kəsilmədi. Ölkənin əsas ulduzu səhnəyə "Öpsən" mahnısı ilə çıxdı. "SS Production" nın hazırladığı konsert damğasını vurmağı bacardı.
Qeyd edək ki, bu Kazımovanın 1 həftə ərzində baş tutan 2-ci konsertidir. Tələbatlı ulduz 16 avqustda isə Cıdır restoranında konsert proqramı ilə çıxış edəcək.