Mədə kiçildən Gülruh Nəcəfova növbəti əməliyyata hazırlaşır
Tarix: 9-09-2019, 08:32 |
Çap et
DİA.AZ: - “Eşit səsimi” mahnısı ilə ulduzu parlayan müğənni-fenomen Gülruh Nəcəfova yenidən estetik əməliyyat etdirəcəyini açıqlayıb.
Məşhur fenomen bu haqda özü DİA.AZ-a məlumat verib:
“ Sentyabrının 11-də yenidən əməliyyata girəcəyəm. Başqa bir əməliyyat baş tutacaq. Əməliyyatın adı isə hələ açıqlanmayacaq, bu haqda doktorum məlumat verəcək”.
Gülruh Nəcəfova söhbət əsnasında yeni fotosessiya etdirdiyini də bildirib. Fotoların müəllifi tanınmış fotoqraf Səbuhi İmansoydur.
Xatırladaq ki, fenomen iki il əvvəl mədə kiçiltməsi xəbəri ilə gündəmə gəlmişdi.