DİA.AZ: - "Kimsin" mahnısı ilə müğənniliyə addım atan türkiyəli modelyer Leyla Boztaşı "Möhtəşəm yüz il"in "Hürrəm Sultan"ına bənzədiblər.
DİA.AZ xəbər verir ki, görənlər modelyeri Hürrəm Sultan obrazı ilə geniş populyarlıq qazanan Məryəm Üzərliyə oxşadır.
Qeyd edək ki, bəstənin sözləri Nado və Ayşe Birgül Yılmaza, musiqisi Pərviz Mahmudova məxsusdur. DMC şirkətinin istehsalı olan klip bu günlərdə "YouTube"-da yayımlanıb. "Kimsin" mahnısının aranjinanı Selim Çaldırana, klipin rejissor işi isə Hülya Öksüzə aiddir. Leyla çəkiliş zamanı qiymətli daşlarla bəzədilmiş 60 kiloqram ağırlığında paltar geyinib.