DİA.AZ: - Danielle Moinet və ya rinqlərdə bilinən adı ilə Summer Rae Azərbaycandan olan dizayneri seçib.
DİA.AZ xəbər verir ki, dünyanın ən uğurlu Amerikan güləşçisi olan gözəl xanım Azərbaycanlı dizayner-modelyer Rüfət İsmayılın kolleksiyasından geyinib. Filmlərdə rollar alan, realiti şoulara aparıcılıq edən Moinet Türkiyədə çalışan azərbaycanlı modelyer Rüfətə məxsus brendən olan bənövşə paltarını geyinib.
Qeyd edək ki, libası daha öncə Xalq artisti Aygün Kazımova fotosessiyaların birində geyinmişdi.