Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                 

Gədəbəy camaatının bu qışı yola verməsi meşələrimizə baha başa oturacaq... - İcra başçısı isə öz kefindədir...
Tarix: 22-01-2015, 11:46 | Çap et
Gədəbəy camaatının bu qışı yola verməsi meşələrimizə baha başa oturacaq...
Ölkə rəhbərliyi rayonlarımızın sosial-iqtisadi inkişafına eyni səviyyədə diqqət və qayğı göstərir. Yəni bölgələr arasında heç bir ayrıseçkilik salınmır. Bildiyiniz kimi, son illər ərzində dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə külli miqdarda vəsait ayrılıb.

Təbii ki, həyata keçirilən bu kimi tədbirlər həm bölgələrimizin abadlaşmasına, həm də yerli əhalinin sosial durumunun yaxşılaşdırılmasına hesablanıb. Təəssüf ki, bir sıra hallarda yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinin qanundan kənar hərəkətləri müxtəlif fəsadların yaranmasına gətirib çıxarır. Belə ki, bəzi məmurlar dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini mənimsəyirlər ki, nəticədə görülən işlərin keyfiyyəti aşağı olur. Bu baxımdan ölkəmizin ən qədim yaşayış məskənlərindən biri olan Gədəbəy rayonunda da ciddi problemlər mövcuddur. Rayonda hökm sürən məmur özbaşınalıqları və vətəndaşların yaşayış səviyyəsinin normal olmaması barədə ötən saylarımızda yetərincə məlumat vermişdik. Buna baxmayaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov, eləcə də digər məmurlar qanunsuz əməllərindən əl çəkmirlər. Heç kimə sirr deyil ki, Gədəbəy rayonunda qış fəsli hər il çox sərt keçir. Bu isə əhalinin qış aylarında istiliklə bağlı problemlərini gündəmə gətirir. Demək olar ki, hər qış rayonda istiliklə bağlı problemlər üzə çıxır. Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin rəsmiləri hələ qış başlamamışdan müxtəlif KİV-lərə rayon əhalisinin böyük hissəsinin tam qazlaşdırılması barədə açıqlama vermişdilər. Əslində isə vəziyyət heç də rəsmi qurumların açıqladığı kimi deyil. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə, Gədəbəyin mərkəzi yaşayış massivləri istisna olmaqla, ucqar kəndlərin bir çoxunda mavi yanacaq problemi var. Sakinlər deyir ki, Ermənistanla sərhəd bölgədə yerləşən kəndlərdə vəziyyət daha acınacaqlıdır: "Məsələn, Mor-Mor, Arabaçı, Zamanlı, Fərzalı kəndlərinin sakinləri hələ də mavi yanacağın nə olduğunu bilmirlər. Bu kəndlər Şınıx mahalına aiddir. Düşmənə mərdliklə müqavimət göstərən kəndlərin sakinləri yanacaq problemi üzündən evlərini tərk etmək məcburiyyəti ilə üz-üzədir. Uzun illərdir yeganə yanacaq mənbəyi kimi odundan istifadə olunması nəticəsində bölgənin meşə ehtiyatları, demək olar ki, tükənib, təbiətə yüz illər boyu sağalması mümkün olmayan zərər dəyib. Cənab prezidentin tapşırığı ilə 2009-cu ildən düşmənlə üzbəüz mövqedə yerləşən kəndlərə qaz xəttinin çəkilişinin başlaması bizdə böyük ümid yaratmışdı. Lakin hansısa səbəblərə görə, qazlaşdırma prosesi 2010-cu ildə bölgənin cəmi bir kəndində - Düzrəsulluda 26 evə qaz verilməsi ilə yekunlaşdı. O vaxtdan indiyə kimi ucqar kəndlərə qaz xətləri çəkilmir. Yerli qaz istismar idarəsinə dəfələrlə müraciət etmişik. Onların verdiyi cavab isə bəhanədən başqa bir şey deyil. Biz heç nədən qorxmadan, çəkinmədən düşmənlə üz-üzə yaşayırıq. Düşmənə bir qarış da olsa torpaq vermərik. Amma Gədəbəyin aidiyyəti dövlət qurumlarının nümayəndələri bizim qeydimizə qalmır. Yeganə istilik mənbəyimiz odundur. Məcburiyyət qarşısında meşələri məhv edirik. Nə vaxta qədər belə olacaq? Qışda qızınmaq üçün hər ailəyə 8 kub odun lazım olur. Başqa mənbə olmadığı üçün odun meşələrdən tədarük olunur. Bu səbəbdən meşələr artıq tükənmək üzrədir. Nəticədə ekoloji problem yaranır". Şikayətçilərin dediyinə görə, rayonun Qarıkənd, Dəyirmandağı və Şəkərbəy kəndlərinə də qaz xətti çəkilməyib: "Camaat soyuqdan donur. Kəndlilər isti aylarda yanacağa olan tələbatlarını qaz balonu ilə birtəhər ödəsələr də, qarlı-boranlı qış günlərində məcbur qalıb meşəliklərdən odun qırmağa gedirlər. Meşədən odun gətirəndə isə meşəbəyi ağacları kəsdikləri üçün sakinləri cərimə edir. Gədəbəyin 109 yaşayış məntəqəsindən 26-sı qazlaşdırılıb. Əksəriyyəti yanacaqsızdır. Bu isə dəhşətdir. Təhsil müəssisələrində də istilik yoxdur. Bunun dərdindən şagirdlər məktəbə getmək istəmir. Soyuq sinif otaqlarında oturan şagirdlər tez-tez xəstələnirlər. Bunu nəzərə alan valideynlər övladlarını məktəbə getməyə qoymur. Yerli qaz istismar sahəsinin rəhbərliyi isə hər il deyir ki, bu il qaz olacaq. Artıq bu sözləri eşitməkdən qulağımız "mazol" olub. Qaz idarəsinin rəisi verdiyi vədə əməl etmir. İcra başçısı Ramiz Yediyarov yaşadığımz durumla maraqlanmır. O isti kabinetində oturur və elə düşünür ki, hamının yeri istidir. Başçı Gədəbəyin ucqar kəndlərində yaşayan sakinlərin vəziyyətindən xəbərdardır. Sadəcə, heç bir tədbir görmək istəmir. Rayonda təkcə mavi yanacaq yox, həmçinin digər sahələrdə də acınacaqlı durum yaşanır. Bir sözlə, Gədəbəy və gədəbəylilər problem içində itib-batır. Ramiz müəllim, müavinləri və digər yerli idarələrin rəhbərləri isə şəxsi maraqları üçün çalışırlar. Sizin vasitənizlə yuxarılardan kömək istəyirik". Növbəti saylarımızda dövlət büdcəsindən Gədəbəyin abadlaşması, müxtəlif təmir-tikinti layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan milyonların aqibəti və Ramiz Yediyarovun biznes şəbəkəsi barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.
\\ GünBakı \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru