Suriya ordusu `İŞİD`in pasport verənini öldürüb
Tarix: 30-07-2018, 12:47 |
Çap et
Suriya ordusu ölkənin cənub-qərbində "İŞİD" terror təşkilatının yüksəkçinli komandirlərindən birini zərərsizləşdirib. FaktXəbər bildirir ki, suriyalı hərbçilər Derada keçirilən əməliyyat zamanı terrorçuları pasportla təmin etməkdən məsul olan Əbu Vəlid əl-Misrini öldürüb.
Öldürülən terrorbaşı "Ceyş Xalid bin Vəlid" qruplaşması ilə əlaqəli olub və terrorçular Yərmukda ağır məğlubiyyətlə üzləşiblər.
Hazırda İŞİD terrorçularının Suriya ərazisində nəzarət etdiyi sahə 70 kvadrat kilometrdir.