Tramp Rusiyaya qarşı sanksiyaların qüvvədə qaldığını bildirib
Tarix: 31-07-2018, 08:35 |
Çap et
Amerika Birləşmiş Ştatlarının Rusiya əleyhinə sanksiyaları qüvvədə qalır.
"Report" RT-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Cüzeppe Konte ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Rusiya ilə bağlı sanksiyalar olduğu kimi qalır", - deyə Tramp qeyd edib.
Daha əvvəl amerikalı senator Lindsi Qrem bildirib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları işləmir. O, bu səbəbdən rəsmi Moskvaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi təklifini irəli sürüb.