Səudiyyə Ərəbistan Kanadada bütün tibbi proqramlarını dayandırır
Tarix: 8-08-2018, 08:38 |
Çap et
Səudiyyə Ərəbistanı Kanadada bütün tibbi layihələrini dayandırır, həmçinin öz xəstələrini digər ölkələrə yollamasına başlıyıb.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının səhiyyə nazirliyinin nümayəndəsi Fəhd bin İbrahim Əl-Tamimi açıqlama verib.
Bildirilir ki, Ər-Riyad, Kanadada müalicəyə gedən səudiyyə vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır.
Avqust 6-da Səudiyyə Ərəbistanın XİN-i Kanadanın səfirinə persona non qrata elan edib, həmçinin Ottavadan öz səfirini geri çağırıb.
Eyni zamanda, krallıq elan edib ki, Kanada tərəfi ilə bütün yeni ticarət və investisiya qoyuluşunu dondurur.
Kanadanın xarici işlər Nazirliyi də baş vermiş hadisə ilə bağlı izahat tələb edib.