ABŞ-dan Türkiyə açıqlaması: Heç bir razılaşma yoxdur
Tarix: 8-08-2018, 10:35 |
Çap et
ABŞ və Türkiyə arasında rahib Endryu Branson böhranı ilə əlaqədar heç bir razılıq əldə olunmayıb. FaktXəbər bildirir ki, bu barədə ictimaiyyətə ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert məlumat verib.
O, gündəlik mətbuat konfransında deyib ki, rəsmi Ankara ilə hələlik razılığa gələ bilmirlər: "Türkiyə ilə hər hansı razılaşmanın mövcudluğuna dair xəbərləri təsdiq etməyəcəm. Əgər razılıq əldə olunsaydı, rahib Branson evinə qayıtmış olardı".