Baltikyanı ölkələrin, Gürcüstan, Polşa və Ukraynanın nümayəndə heyətləri AŞPA-nı tərk edib
Tarix: 27-06-2019, 08:56 |
Çap et
Ukrayna nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasını tərk edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna nümayəndə heyətinin üzvlərində biri deyib.
Nümayəndə heyətinin rəhbəri Vladimir Aryev bildirib ki, Ukraynanın gələcəkdə AŞPA-da olması məsələsinə iyulun 21-i keçiriləcək növbədənkənar seçkilər nəticəsində seçilərəck Ali Radanın yeni tərkibi qərar verəcək.
Ukrayna nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko bildirib ki, AŞPA-nın yay sessiyasını Ukrayna ilə yanaşı Estoniya, Latviya, Litva, Gürcüstan nümayəndə heyətləri və Polşa nümayəndə heyətinin bir hissəsi tərk edirlər.