“Fitch” Türkiyənin reytinqini azaldıb
Tarix: 13-07-2019, 10:07 |
Çap et
“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib.
“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Qurumun reytinq üzrə proqnozu isə “Mənfi”dir.
“Fitch” qərarını Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə izah edib. Xatırladaq ki, rəsmi Vaşinqton Ankara və Moskva arasında bu cür əməkdaşlığın əleyhinədir.