Tramp Respublikaçı senatorlarla Türkiyəyə qarşı sanksiyanı müzakirə edib
Tarix: 24-07-2019, 08:36 |
Çap et
ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından Senat üzvləri ilə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Evin yaydığı məlumatda sanksiyanın Ankaranın Rusiyadan S-400 zenit raket kompleksləri alması ilə əlaqələndirildiyi bildirilir.
“Bu görüş Rusiyadan zenit raket kompleksləri almasna görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub”, - deyə məlumatda qeyd olunub.