Fələstin rəhbəri İsrail ilə bütün razılaşmaların dayandırıldığını açıqlayıb
Tarix: 26-07-2019, 10:03 |
Çap et
Fələstin Milli Hakimiyyətinin (PNA) sədri Mahmud Abbas, PNA rəhbərliyinin İsrail ilə bütün razılaşmaların dayandırılmasına qərar verdiyini açıqlayıb.
"Əllərimizi sülhə uzadırıq, ancaq işğalçıların əl atdığı tədbirlərə təslim olmayacağıq", deyə Abbas deyib.
SalamNews-un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, İsrail Ali Məhkəməsi iyun ayında fələstinlilər tərəfindən Qüdsün cənub-şərqindəki Vadi əl-Humus bölgəsində yaşayış məntəqələrinin tikilməsini qanunsuz elan edib və binaların sökülməsinə qərar verib. Bu yerlərin sakinlərinə 19 iyul tarixinədək yaşayış yerlərini özlərini sökməsi təklif edilib. Son müddət başa çatdıqdan sonra İsrail hökuməti binaları sökməyə başlayıb.
Bu həftə BMT Təhlükəsizlik Şurasına üzv olan beş ölkə - Almaniya, Böyük Britaniya, Belçika, Polşa və Fransa Şərqi Qüdsdəki Fələstin binalarının sökülməsini pisləyib.