“Sülhün kəsişməsi” üçün SEZAR lazım imiş – Ermənistanın hiyləgər planı və Türkiyəyə atılan “qarmaq”
Nikol Paşinyan təqribən bir il əvvəl Tiflisdə, Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu Beynəlxalq Forumunu fürsət bilib, “Sülhün kəsişməsi” adlı mücərrəd ideyasının “təqdimat mərasimi”ni keçirmişdi. Budur, indi də qonşu ölkələrdən jurnalistlər Ermənistana dəvət olunur və onlara “qaranlıq otaqda olmayan qara pişik” haqqında nağıllar danışırlar. İran dövlətinin Ermənistana münasibəti bəllidir və bu mənada ezam olunan jurnalistlərin nə yazacaqlarını təxmin etmək çətin deyil. Zəngəzur dəhlizini özü və Ermənistan üçün təhlükə hesab edən cənub qonşumuz kadastr sənədi və sərhədləri olmayan Ermənistan boyunca “qırmızı xətt” çəkir neçə illərdir. Odur ki, belə sıx əməkdaşlıq təəccüb doğurmur. Amma bu dəfə türkiyəli jurnalistlərin də Ermənistana, “”sülhün kəsişməsi” layihəsinin təqdimatı üçün dəvət olunduğu açıqlanıb. Baş nazirin müavini Araik Arutyunyan türk jurnalistlərin Ermənistana gələcəyini açıqlayıb. Hələlik qardaş ölkədən bu dəvətlə bağlı hər hansı söz deyilməyib. Türkiyədə erməniəsilli jurnalistlərin də olduğunu nəzərə alsaq, istisna deyil ki, dəvəti məmnuniyyətlə qəbul edənlər və bu, nağıl-ideyanı təbliğ etmək istiqamətində təşəbbüs göstərənlər olacaq. Bəli, əbədi düşmənçilik yoxdur, özü də qonşular arasında. Elə Azərbaycan dövləti də 3+3 formatında əməkdaşlıq təşəbbüsünə sadiqdir, Ermənistanın nəhayət, normal siyasət yürütməsi, ərazi iddialarına son qoyması və digər şərtlər müqabilində. Düzdür, Türkiyə ilə Ermənistan arasında ayrı-ayrı səviyyələrdə müəyyən təmaslar, əlaqələr var. Rəsmi səviyyələrdə vaxtaşırı görüşlər keçirilir, Ermənistanın israrlı cəhdləri nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusu müzakirə olunur. Amma qardaş ölkə Ermənistanın üzünə qapılarını məhz Azərbaycan torpaqlarının işğalına cavab olaraq, 21 il öncə qapayıb, var olsun! Qarabağın işğaldan azad olunması isə Ermənistanın normal mövqe tutması nəticəsində baş verməyib, minlərlə igidlərimizin canı, qanı bahasına reallaşıb. Odur ki, həmkar olaraq qardaş ölkənin media mənsublarından istədiyimiz bu ola bilər: hay nağıllarına inanmasınlar. Əslində qeyri-real bir “ideya”ya görə vaxt itirmək mənasızdır. Ondansa, türkiyəli həmkarlarımız Qarabağa, Şərqi Zəngəzura səfərlər etsinlər, görsünlər Paşinyan və onun sələfləri Azərbaycan torpaqlarında “sülhün kəsişməsi”ni necə icra ediblər on illər boyunca. Oğlunu “nümunə üçün” Qarabağa hərbi xidmətə göndərən, arvadı qadın batalyonu yaradıb, Azərbaycan ərazilərinin əbədi ilhaqına nail olmaq istəyən, özü sonadək Qarabağda ordu saxlayan “sülhpərvər” Paşinyandır, qardaşlarımız onun şirin dilinə aldanmasınlar! Ermənistan hər dəfə hansısa çətinliyə düşəndə bu kimi hiyləgər metodlara əl atır, “sülhpərvərlik, barışığa meyilli, konstruktiv” görünməyə çalışır.
Dünyada ikinci belə bir “dövlət” yoxdur ki, qonşu ölkələrin ərazilərinə iddia edir, amma eyni zamanda həmin ölkələrlə guya “sülh dili”ndə danışır. Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiası varmı? Var. Bəs Türkiyəyə necə? Düz 6 vilayətinə! Türkiyənin 150 min kv.km-lik ərazisinə iddia edən ölkənin “kəsdiyi sülh”ə baxın! Düzdür, indi-indi etiraf edirlər ki, tarixlə tarixçilər məşğul olmalıdır. Yəni Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiasından guya imtina xətti yürütdüklərinə işarə edirlər. Amma bu, sadəcə sözdür, “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” kimi quru söz. Türkiyəyə qarşı 100 ildən artıqdır şər-böhtan irəli sürən, beynəlxalq miqyasda onu olmayan məsələlərə görə ittiham eləyən, 1,5 milyon erməninin qətlində (?!-E.P.) günahlandıran Ermənistan neçə illər boyunca arxivlərin açılmasına dəvət olundu, nəsə dəyişdimi?
Türkiyəli jurnalistləri Ermənistanın dövlət sərhədində Ağrı dağını gerbə çevirənlər qarşılayacaq, bunun özü gerçək münasibətdən xəbər verir. 2018-ci ildə ABŞ-ın yüksək rütbəli rəsmilərindən biri İrəvanda mesaj vermişdi ki, artıq şablon iddiaları bir kənara qoymağın vaxtıdır, tarixlə tarixçilər məşğul olmalıdır, Ermənistandakı Paşinyan hakimiyyəti nəinki eşitmədi, hətta sələflərindən irəli getdi, böyük müharibəyədək irəlilədi, başına Dəmir Yumruq dəyəndən sonra yavaşladı. Bu dəfə səsləndirilənlər də sadəcə söz oyunudur, əməldə sülh tərəfdarı olduqlarını sübut etməlidirlər. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmayıcda, bu, ölkə konstitusiyasında əksini tapmayınca, Ermənistanın heç bir addımı ciddiyə alınmamalıdır.
Nikol Paşinyanın iddiasına baxın: ““Sülh kəsişməsi” layihəsi zaman keçdikcə regional deyil, qlobal əhəmiyyət kəsb edəcək”. Taleyi Yuxarı Lars keçid məntəqəsindəki havadan asılı olan ölkənin rəhbərinin iddiasına baxın. Gülüş doğurur. Özü etiraf edir ki, Ermənistan Respublikasının sərhədlərinin 70 faizi və ya daha çox hissəsi hərəkətsizdir, bizim sərhədlərimiz yük axınının təmin edilməsinə xidmət etmir. Ancaq papağını qabağına qoyub fikirləşmir ki, yaxşı kadastrsız ölkənin olmayan sərhədlərinin niyə 70 faizindən çoxu iflic haldadır? Zamanında Qarabağa iddiaları onları Azərbaycanın müəllifi olduğu nəhəng layihələrdən kənarda qoydu, Bakı-Ceyhan, Bakı-Ərzuruma, Bakı-Qars qatarına uzaqdan, dalandan baxa-baxa qaldılar. İndi də...Artıq 4 ildir ki, Üçtərəfli bəyanatın 9-cu bəndinə əməl edib, Zəngəzur dəhlizini açmaq istəmir bu “sülhpərvər ölkə”. Zəngəzur dəhlizinin açılması Azərbaycana və Türkiyəyə faydalı olduğu kimi, Ermənistanın da xeyrinədir, həm də onun xilası deməkdir. Öz imzasına hörmət etməyən Paşinyan günaşırı yekə-yekə danışır, sanki dünyanın mərkəzi Ermənistan imiş. On illər boyunca “dənizdən-dənizə Ermənistan”dan dəm vurdular, indi də “sülh kəsişməsi” xülyası... Ermənistan əhalisini sülhə hazırlamaq əvəzinə, radikallara meydan verirlər. Türkofob ölkədən necə sülh gözləmək olar, bu ölkənin ərazisindən necə rahat keçib getmək olar? Bu gün Gürcüstanı ittiham ediblər ki, Fransanın yolladığı artilleriya qurğularının Poti limanından daşınmasına icazə vermir. Həyasızlıq miqyas tanımır. “Sülhün kəsişməsi” üçün SEZAR lazım imiş? Özü də bu silahların təkcə Azərbaycana qarşı yönəlməyəcəyini də yaxşı bilirik. Qərbdəki Türkiyə düşmənləri Ermənistandan plasdarm kimi istifadə etməyi hədəf götürüblər. Avropa İttifaqının Ermənistandakı cəsus şəbəkəsinin yalnız Azərbaycan əleyhinə fəaliyyət göstərmədiyi də bəllidir, qardaş ölkənin media nümayəndələri də çox güman ki, bütün bunlardan xəbərdardırlar. Ehtiyatlı olsunlar, qardaş məsləhətidir. Həm də Ermənistan hələ də 4 mindən artıq azərbaycanlı əsir və itkinin taleyi barədə sorğulara cavab vermir. Heç mina xəritələrini belə Azərbaycana vermir ki, bu xain terrorun qarşısı alınsın. Bütün bunları “sülhün kəsişməsi”nin müəllifi Ermənistan edir. Yenidən Türkiyənin “ürəyinə yol tapmaq” və fitnə-fəsadlar törətmək istəyirlər...
Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Razi Nurullayevdən hökumətə təklif: “Onlayn iş rejiminə keçilsin” - "COP29-la bağlı gələcək qonaqlarımız üçün də yollar rahat olar..."
Bu gün, 12:26 |
|
|
|
• Kartdan karta pul köçürmək qadağan deyil - Qadağan olan başqa haldır
Bu gün, 12:17 |
|
|
|
• Alimpaşa Məmmədovun Apellyasiya Məhkəməsində son qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
• Naxçıvanda yeni qadağa NARAZILIQ YARADIR... - "Gör nə günə qaldın, ay Naxçıvan..."
Bu gün, 12:12 |
|
|
|
• “Tibbi sığorta ilə xəstəxanaya gələnləri acıqla qarşılayırlar” - Deputatdan ETİRAZ
Bu gün, 12:06 |
|
|
|
• Qarabağ Universitetinin təmirinə 12 milyon manat xərclənib - SİYAHI
Bu gün, 12:01 |
|
|
|
• "Məmurlar istənilən an, istənilən obyekti qanunsuz elan edib sökürlər" - AXI NİYƏ?..
Bu gün, 11:56 |
|
|
|
• Qərb Zelenskiyə video-vəsiyyət yazmağı tövsiyyə edibmiş
Bu gün, 11:51 |
|
|
|
• 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək - RƏSMİ
Bu gün, 11:43 |
|
|
|
• Ayaz Əsgərovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu - BUNA GÖRƏ...
Bu gün, 11:37 |
|
|
|
• “Azərlotereya”nın dəstəyi ilə alınmış minaaxtaran itlər ANAMA-ya təqdim edilib
Bu gün, 11:34 |
|
|
|
• "Ona görə də "Baboşlar"ın təbliğatı daha çox yer tutur" - Fazil Mustafa
Bu gün, 11:31 |
|
|
|
• Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi, oğlumu həbs etmək istəyirdi… - ƏVƏZ ƏLƏKBƏROV
Bu gün, 11:25 |
|
|
|
• "Clinic Medical"ın rəhbərliyi hakim qarşısına çıxarılır - SƏBƏB
Bu gün, 11:19 |
|
|
|
• "Mən də... bətnimdəki körpə də ölə bilərik..." - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• ABŞ Qəzzaya görə İsrailə ciddi təzyiq edir - Axios portalı
Bu gün, 11:06 |
|
|
|
• COP29: Rayonlardan Bakıya giriş məhdudlaşacaqmı? - hələlik BƏLLİ DEYİL...
Bu gün, 11:00 |
|
|
|
• 140 milyon manatdan artıq vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib - Baş Prokurorluq
Bu gün, 10:57 |
|
|
|
• 4 ildir iş üçün müraciət etmədiyi yer qalmayıb... - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 10:55 |
|
|
|
• “BBC Azərbaycan”ın COP29 öncəsi etdiyi bu sorğu isə açıq qərəz və təxribatdır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:51 |
|
|
|
• Avropa İttifaqına üzv olan ölkədə Moskvaya meyl: əgər o seçilərsə... - “Politico”
Bu gün, 10:31 |
|
|
|
• Mingəçevirdə uşağı atraksiona mindirmək üstündə QAN TÖKÜLDÜ - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• “Sülhün kəsişməsi” üçün SEZAR lazım imiş – Ermənistanın hiyləgər planı və Türkiyəyə atılan “qarmaq”
Bu gün, 10:27 |
|
|
|
• Hər janrın müğənnisi Xəyyam Mustafazadə - VİDEO
Bu gün, 10:21 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Heç Qarabağ fatehləri olan generallar belə yerimir... - "Səxavətli" nazirin başsağlığı xəsisliyi...
Bu gün, 10:12 |
|
|
|
• MİDA-dan sosial mənzil verilməsinə köməklik etmək adı ilə 19 minlik dələduzluq etdi - HÖKM
Bu gün, 10:08 |
|
|
|
• Sülh Azərbaycan üçün olmazsa-olmaz deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:06 |
|
|
|
• Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir - SİYAHI
Bu gün, 10:04 |
|
|
|
• Dövlət Məşğulluq Xidmətinin pullarını mənimsəyən sabiq direktorla bağlı QƏRAR
Bu gün, 10:01 |
|
|
|
• Sülh müqaviləsi ilin axırına kimi mümkündür? - ŞƏRH
Bu gün, 10:00 |
|
|
|
• Ermənistan COP17-nin ev sahibi seçilib
Bu gün, 09:58 |
|
|
|
• Lütvəli Babayevin biznesmen oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərdən XƏBƏR VAR
Bu gün, 09:55 |
|
|
|
• Keşiş Baqrat Moskvaya getdi... - 40 erməniyə isə qadağa qoyuldu...
Bu gün, 09:53 |
|
|
|
• Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub - DOSYE
Bu gün, 09:41 |
|
|
|
• Xaçmazda Bayraq Meydanı yenə də BAYRAQSIZ QALIB... - NƏ BAŞ VERİR?
Bu gün, 09:40 |
|
|
|
• Erməni jurnalistdən Azərbaycan çayı ilə bağlı PAYLAŞIM - "Bəs mənə nə kömək edər?"
Bu gün, 09:30 |
|
|
|
• “Bakı Cihazqayırma Zavodu”na yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:28 |
|
|
|
• “Azon zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 09:27 |
|
|
|
• "SEPAH"dan Bakıya İTTİHAM - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26 |
|
|
|
• Zəngəzurla bağlı ilk anlaşma: Həll yolu belə tapıldı - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
• Avropa İttifaqı təşəbbüsü yenidən ələ almağa cəhd edə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• “Baku Servis Kompani”nin lisenziyası yoxa çıxıb
Bu gün, 09:16 |
|
|
|
• AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 09:15 |
|
|
|
• "Şər-xatadırlar başdan-ayağa!.." - GİLEY
Bu gün, 09:13 |
|
|
|
• Bu milyonlar Qaralova HALAL EDİLƏCƏKMİ? - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• Türkiyə silahlarından Rusiyanın mülki şəxslərini öldürmək üçün istifadə olunur - Lavrov
Bu gün, 09:04 |
|
|
|
• Qərb Qafqazda dəhşətli təxribat hazırlayır – Dayaq nöqtəsi Ermənistandır
Bu gün, 09:03 |
|
|
|
• Məcəllənin tətbiqi bir çox hallarda mübahisələrə səbəb olur... - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• Ağstafanı təftiş edən olsa... HƏBSLƏR QAÇILMAZDIR! - BU DA FAKT!
Bu gün, 08:53 |
|
|
|
|