Mingəçevirdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin V. Hüseynov küçəsində yerləşən parkda qeydə alınıb. 22 yaşlı Antipov Fərid Aleksandr oğlu burada uşaq atraksionlarının qarşısına gələrək azyaşlı bacısını atraksiona mindirmək istəyib. Lakin bu zaman atraksionu işlədən 31 yaşlı Cəfərli Araz Zülfüqar oğlu ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Fərid Antipov Arazın qarnına bıçaqla 2 dəfə vuraraq, ona xəsarət yetirib.
Faktla bağlı cinayət işi açılıb, F. Antipov saxlanılıb.