Noyabrın 13-ü Bolqarıstan Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.
“DİA-AZ” xəbər verir ki, COP29 çərçivəsində baş tutan səfər zamanı qonaq Azərbaycanın ən qədim məscidi olan Cümə məscidində olub. Məscidin axundu Mərəhməd Mustafayev Azərbaycandakı multikultural mühit və dini dəyərlər bardə geniş məlumat verib.
Rayonun müasir kənd təsərrüfatı və turizm müəssisələri ilə tanış olan xanım Radevaya RİH başçısı Tahir Məmmədov rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.
D. Radeva Şamaxıya səfəri zamanı “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq ağac əkib.