Qiymət artımı dayanmasa, inflyasiyanı saxlamaq çətin olacaq - iqtisadçıdan xəbərdarlıq
Azərbaycanda adambaşına düşən orta aylıq xərc artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 465,2 manat pul xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 manat və ya 3,9 faiz çoxdur. Pərakəndə ticarətdə 465,2 manat xərcin 255,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 209,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ekspertlərin fikrincə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsulu almaq üçün daha çox vəsait sərf olunur. Nəticədə adambaşına düşən xərclər də artır. Sentyabrda ərzaqlar üç faizə yaxın bahalaşıb Qeyd edək ki, sentyabr ayında Azərbaycanda illik ərzaq inflyasiyası 2,9 faiz olub. Başqa sözlə, sentyabrda ərzaqların qiyməti 2,9 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının (1,9 faiz), ödənişli xidmətlərin qiymətləri (5,7 faiz) də yüksəlib. Ümumilikdə isə bu il illik inflyasiya cari ilin aprel ayınadək azalma istiqamətində olub. Belə ki, aprel ayına qədər ölkədə illik inflyasiya azalsa da, aprel ayından sonra isə inflyasiya yenidən artmağa başlayıb. Lakin illik inflyasiya avqust-sentyabr aylarında dəyişməyərək 3,5 faiz olaraq qalıb. Növbəti aylarda inflyasiya aşağı düşərsə, adambaşına düşən orta aylıq xərcin artım tempi də azalacaq. 10 faizədək inflyasiya normaldır Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, müvafiq qurumlar tərəfindən Azərbaycanda inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün tədbirlər davam etdirilir. Hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf etməkdədir və ölkədə 10 faizədək inflyasiya qəbul ediləndir: "Hava şəraitinin pis keçməsi ilə bağlı bu yay mövsümündə müəyyən meyvələrdə qiymət enməsinin o qədər də olmaması, bir sıra xidmətlər üzrə qiymətlərin bahalaşması şəraitində inflyasiyanı saxlamaq bir az çətin olacaq. Lakin inflyasiya olmadan iqtisadiyyat olmaz və bu inflyasiya iqtisadi artımı, ixracatı stimullaşdırır. Ümumilikdə isə 10 faizədək inflyasiya normal səviyyədir".
Mərkəzi Bank nə deyir? Mərkəzi Bankın məlumatına əsasən, illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (2-6%) daxilində olub: "Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. İnflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər qalır. Mövcud geosiyasi gərginlik fonunda tədarük zəncirlərində və beynəlxalq daşımalarda fasilələr hələ də davam edir. Bu şəraitdə beynəlxalq bazarlarda əmtəə qiymətlərində mümkün dəyişkənlik idxal inflyasiyasının artması riskləri yaradır. Aparıcı iqtisadiyyatlarda monetar şərait yumşalmağa başlasa da, ümumilikdə sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Son 1 il ərzində bank sisteminin kredit portfeli 19.9 faiz, o cümlədən biznes kredit portfeli 19.3 faiz artıb". "Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır", - Mərkəzi Bankın məlumatında qeyd edilib.
Pərakəndə ticarət dövriyyəsi artır Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq, o cümlədən 23,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,7 faiz artıb. Əhali ən çox ərzaqlara pul xərcləyir Bu ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin: 50,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 13,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Bu ilin yanvar-sentyabr aylarında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 936,8 milyon manat pul xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Baş nazir inflyasiya ilə bağlı nə deyib? Qeyd edək ki, bu ilin sentyabrın 24-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə hökumətin iclası keçirilib. Baş nazir Əli Əsədov çıxış edərək bildirib ki, dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib. O cümlədən tərəfimizdən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası antiinflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir. Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də hökumətin əsas vəzifələrindən biri olacaq. İnflyasiya minimal səviyyədə qorunub saxlanılıb Xatırladaq ki, iyulun 30-da "İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda cari ildə ölkədə istehlak bazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub. İclasda xarici amillərin, habelə ərzaq bazarında idxal olunan məhsulların qiymət indekslərindəki dəyişmələr və ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində 2023-cü ildə birrəqəmli inflyasiya hədəfinə nail olunmaqla yanaşı, cari ilin ötən dövrü ərzində də inflyasiyanın minimal səviyyədə qorunub saxlanıldığı qeyd edilib. Qeyd edilib ki, tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib. Valyuta bazarında tarazlığın qorunması inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb. İclasda daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlərin davam etdiriləcəyi bildirilib. Ötən müddət ərzində qanunvericilikdə rəqabət məsələləri, dərman vasitələri bazarı və s. istiqamətdə həyata keçirilən təkmilləşdirmələrin bu proseslərə müsbət təkan verəcəyi vurğulanıb. 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın “sülh planları” və ya Kiyev üçün xoşagəlməz ssenarilər - NƏ BAŞ VERİR?
Bu gün, 00:33 |
|
|
|
• Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb - TƏFƏRRÜAT
Bu gün, 00:31 |
|
|
|
• Dövlət qurumu 3 milyonluq avtomobillər və texnikalar aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02 |
|
|
|
• Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• "Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29-da iştirak etməməsi... Azərbaycan üçün itki deyil"
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Jozep Borrellə cavab verib
Dünən, 18:24 |
|
|
|
• Xarici qonaqlar COP29-dakı yemək qiymətləri haqda nə dedilər? – SORĞU
Dünən, 18:13 |
|
|
|
• Qızını məcburi ərə vermək istəyən ata istintaqa cəlb edildi - TƏFƏRRÜAT
Dünən, 18:11 |
|
|
|
• “Cahan-Motors” qanunları pozdu, Gömrük Komitəsi protokol tərtib etdi
Dünən, 18:06 |
|
|
|
• "Zəngəzuru ermənilərdən təmizləyən qəhrəmanımızın ailəsin tapdım, məzarının yerini öyrəndim"
Dünən, 18:03 |
|
|
|
• Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
Dünən, 18:00 |
|
|
|
• Rəsmi Bakı ƏSAS ŞƏRTİNİ AÇIQLADI - Ermənistan konstitusiyasına dəyişiklik etməyincə...
Dünən, 17:55 |
|
|
|
• Ermənistan niyə COP29-a GƏLMƏDİ? – “Fransanın burada rolu böyük olub”
Dünən, 17:53 |
|
|
|
• Kəhkəşanın `YESİRLƏRİ`... - FOTO
Dünən, 17:51 |
|
|
|
• "Nəqliyyat ola-ola mən niyə gün itirməliyəm?" - ETİRAZ VAR...
Dünən, 17:47 |
|
|
|
• "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"
Dünən, 17:39 |
|
|
|
• SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
Dünən, 17:37 |
|
|
|
• İrəvanın ABŞ və Qərbdən ala bilmədikləri: Onların hamısı indi Azərbaycanın əlində cəmləşib - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:34 |
|
|
|
• "Qərbin "demokratiya"sına, siyasi müdaxiləsinə "avtoritar" adlandırılan rejimlərin ehtiyacı varmı?" - Video
Dünən, 16:41 |
|
|
|
• Aşıq Namiqə AĞIR İTKİ: - “Son nəfəsində dedi ki, bunlar məni məhv etdi”
Dünən, 16:40 |
|
|
|
• Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Dünən, 16:38 |
|
|
|
• Hindistan-İran əlaqələri: onlar həm müttəfiq, həm də rəqibdirlər - “Iran Wire”
Dünən, 16:35 |
|
|
|
• COP29-da iştiraka üzü olmayan Fransanın törətdiyi ekoloji CİNAYƏTLƏR - AKTUAL
Dünən, 16:28 |
|
|
|
• “3 ildir ki, heç bir səbəb olmadan əlilliyimi kəsiblər” - ETİRAZ VAR...
Dünən, 16:26 |
|
|
|
• Sülh dalana dirənib: Sazişin imzalanması niyə gecikir? - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Paşinyanın yeni "strateji saziş" OYUNU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:21 |
|
|
|
• İsrailin Türkiyəyə qarşı hücum həyata keçirməsi absurddur -ŞƏRH
Dünən, 16:12 |
|
|
|
• 30 il əvvəl susanlar hərəkət keçdi: Bakıya “hücum”un pərdəarxası - NƏ BAŞ VERİR?
Dünən, 16:10 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı son durum: Şərtlər belədir - GƏLİŞMƏ
Dünən, 16:09 |
|
|
|
• Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? - SİYAHI
Dünən, 16:06 |
|
|
|
• Ağadadaş Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olunub - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
• Danışıqlar fayda vermədi: - 9 ildən sonra yenidən hərbi əməliyyatlar BAŞLAYIR
Dünən, 16:02 |
|
|
|
• Bakıda 1100 bina söküləcək: Sakinlərə mənzil və kompensasiya... - AKTUAL
Dünən, 15:59 |
|
|
|
• Saakaşvili əfv edilsə belə... həbsxanadan çıxa bilməyəcək
Dünən, 15:56 |
|
|
|
• Ermənistanda konstitusiya dartışmaları davam edir - KİV
Dünən, 15:55 |
|
|
|
• Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi
Dünən, 15:53 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb - DETALLAR
Dünən, 15:51 |
|
|
|
• Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib - FOTO
Dünən, 15:48 |
|
|
|
• Bolqarıstanın birinci xanımı Şamaxıda - FOTO
Dünən, 14:33 |
|
|
|
• “Qərb “tərəfdaşlarının” yalan vədləri Ukraynaya hər gün faciə yaşadır” - GÖRÜNƏNİ BUDUR
Dünən, 14:02 |
|
|
|
• “Nemət Pənahlı özü etiraf elədi ki, məni Meydanda mitinqlər başlamamışdan instruktaj ediblər...” - İLGİNC...
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda eyni anda bir neçə işdə işləyən işçilərin sayı artıb - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• “Zelenski seçiciləri pulla ələ almaq istəyir” - Poroşenko
Dünən, 13:08 |
|
|
|
• "Meydan TV və Toplum Tv-nin strategiyası bəllidir..." - deputat
Dünən, 13:06 |
|
|
|
• Müharibəni idarə edən “beyin mərkəzi” gedir – Yerinə məşhur polkovnik gətirilir
Dünən, 13:03 |
|
|
|
• Sülhlə bağlı iki məsələ qaldı: Son variant açıqlandı - İNCƏLƏMƏ
Dünən, 13:01 |
|
|
|
• COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir - MƏQALƏ
Dünən, 12:57 |
|
|
|
• İmişlidə MAL BAZARI: BU NƏ HALDIR?.. - FOTO, VİDEO
Dünən, 12:56 |
|
|
|
• “Qazandığım hörməti yerə vurmaq istəmirəm” - Xalq artisti
Dünən, 12:43 |
|
|
|
|