"Maşınımı dövlət siğorta agentliyində keçən il siğorta etdirmişəm, amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Müqavilədə nömrəmi səhv yazdıqları üçün siğortanən vaxtı bitəndə mənə heç bir məlumat gəlməyib və əlavə olaraq cərimə gəlib avtomobili siğortasız idarə etdiyim üçün...
Nə etmək lazımdır indiki halda? Belə olduqda həmin siğorta şirkəti və ya müqaviləni edən işçi cəriməmi ödəməlidir, deyə düşünürəm.
Amma bayram günləri olduğundan operatorları cavab vermir..."