Trampın “sülh planları” və ya Kiyev üçün xoşagəlməz ssenarilər .....                     Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb .....                     Dövlət qurumu 3 milyonluq avtomobillər və texnikalar aldı .....                     "Cəlilabad Məişət" ASC səhmdarlarını .....                     Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir .....                     "Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29-da iştirak etməməsi... .....                     Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev .....                     Xarici qonaqlar COP29-dakı yemək qiymətləri haqda nə dedilər? .....                     Qızını məcburi ərə vermək istəyən ata istintaqa cəlb edildi .....                     “Cahan-Motors” qanunları pozdu, .....                     "Zəngəzuru ermənilərdən təmizləyən qəhrəmanımızın ailəsin tapdım, .....                     Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq .....                     Rəsmi Bakı ƏSAS ŞƏRTİNİ AÇIQLADI .....                     Ermənistan niyə COP29-a GƏLMƏDİ? .....                     Kəhkəşanın `YESİRLƏRİ`... .....                     "Nəqliyyat ola-ola mən niyə gün itirməliyəm?" .....                     "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... .....                     SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu .....                     İrəvanın ABŞ və Qərbdən ala bilmədikləri: Onların hamısı indi Azərbaycanın əlində cəmləşib .....                     "Qərbin "demokratiya"sına, siyasi müdaxiləsinə .....                     Aşıq Namiqə AĞIR İTKİ: .....                     Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı .....                     Hindistan-İran əlaqələri: onlar həm müttəfiq, həm də rəqibdirlər .....                     COP29-da iştiraka üzü olmayan Fransanın törətdiyi ekoloji CİNAYƏTLƏR .....                     “3 ildir ki, heç bir səbəb olmadan əlilliyimi kəsiblər” .....                     Sülh dalana dirənib: Sazişin imzalanması niyə gecikir? .....                     Paşinyanın yeni "strateji saziş" OYUNU .....                     İsrailin Türkiyəyə qarşı hücum həyata keçirməsi absurddur .....                     30 il əvvəl susanlar hərəkət keçdi: Bakıya “hücum”un pərdəarxası .....                     Zəngəzur dəhlizi ilə bağlı son durum: Şərtlər belədir .....                     Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? .....                     Ağadadaş Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olunub .....                     Danışıqlar fayda vermədi: .....                     Bakıda 1100 bina söküləcək: Sakinlərə mənzil və kompensasiya... .....                     Saakaşvili əfv edilsə belə... .....                     Ermənistanda konstitusiya dartışmaları davam edir .....                     Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib .....                     Bolqarıstanın birinci xanımı Şamaxıda .....                 

"Zəngəzuru ermənilərdən təmizləyən qəhrəmanımızın ailəsin tapdım, məzarının yerini öyrəndim"
Tarix: Dünən, 18:03 | Çap et
"Zəngəzuru ermənilərdən təmizləyən qəhrəmanımızın ailəsin tapdım,
O, fəaliyyəti ilə xüsusi diqqət çəkən parlaq bir jurnalistdir, istedadlı və yorulmaz qələm əhlidir. Dünyaca məşhur şəxslərdən aldığı eksklüziv müsahibələri ilə böyük media qurumlarının bacarmadığı işi görür. Həm də təkbaşına və həm də yeganə rəhbəri-işçisi olduğu saytı vasitəsilə. Bir-birindən maraqlı müsahibələrini Azərbaycan və ingilis dillərində öz saytında yayımlayır.

Beləliklə, AYNA-nın həmsöhbəti “HafizTimes.com” saytının təsisçisi, baş redaktoru və tək müxbiri Hafiz Əhmədovdur.

- Hafiz Əhmədov kimdir?

- Vətən müharibəsində könüllü iştirak etmiş bir əsgər, müharibə veteranıyam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunuyam. ANS-in Jurnalistika Akademiyasını bitirdikdən sonra bir neçə il oranın saytında müxbir vəzifəsində çalışmışam. “HafizTimes.com” saytının yaradıcısı, tək işçisi, bütün eksklüziv müsahibə və tarixi araşdırmaların, “Varislərlə Müsahibələr-1” kitabının müəllifiyəm. Hazırda isə Tovuz rayonu Köhnəqala kəndində yaşayıram.

- Fəaliyyətinizdə maraqlı yanaşma tətbiq edirsiniz: önəmli insanları, önəmli faktları tapırsınız və önəmli mətləblərə işıq tutursunuz. Necə “izinə düşürsünüz” həmin adamların, həmin faktların?

- Qeyd edim ki, mənim fəaliyyətim çoxşaxəlidir. Yəni ki, yaradıcılığımın bir hissəsi Azərbaycanla bağlıdır. Azərbaycanın tarixi şəxsiyyətlərini araşdırıram, onların dünyanın müxtəlif ölkələrinə səpələnmiş ailə üzvlərini, varislərini tapıb, müsahibələr götürürəm. Digər tərəfdən isə Azərbaycanla heç bir bağı olmayan dünya şöhrətli şəxsiyyətlər: yazarlar, alimlər, aktyorlar, siyasətçilər və sairdən eksklüziv müsahibələr götürürəm. İndiyə qədər yazdığım bütün müsahibə və araşdırmalarım Azərbaycan mətbuatı tarixində ilklərdir.

Bəzən, bir kənara çəkilib öz yaradıcılığıma da nəzər salıram, deyirəm ki, mən kimləri necə, harada axtarıb tapdım, müsahibəyə necə razı saldım və s. Bu suallara cavab tapmaqda özüm də çox çətinlik çəkirəm. Bəlkə də, düz deyirlərmiş: “bir qapı bağlananda, digəri açılır”. Araşdırıb müsahibə götürdüyüm şəxsiyyətlər o qədər çox və fərqlidirlər ki, bəzən adlarını da unuduram. “İşinizi yaxşı yerinə yetirin. Tökdüyünüz beton torpağın altında qalsa da, gözəl olmalıdır. Heç kim onu tərifləməsə də, heç kim görməsə də, siz işinizi yaxşı görün. Bu, sizin qazancınızın qarşılığı deyil, xarakterinizin göstəricisidir” prinsipinə sadiq qalmağa çalışıram.

Məncə, “önəmsiz insan”, “önəmsiz fakt” yoxdur. Bu, sadəcə bizim ona baxış tərzimizdən aslıdır. Biz nəyə və yaxud kimə önəm veririk? Məsələn, mən bu yaxınlarda tarixi bir uğura imza atdım. Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun qəhrəman general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından, Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərən Cavad bəy Şıxlinskinin İranda yaşayan ailəsini tapdım, 97 yaşlı oğlundan müsahibə götürdüm. İllər sonra, bu qəhrəman generalımızın məzarının dəqiq yerini öyrəndim. Hər kəs “Zəngəzur Azərbaycandır”, “Zəngəzur dəhlizi gələn il açılacaq” deyə sosial şəbəkələrdə statuslar yazanda, xəbər buraxılışlarında mülahizələr söyləndə mən 1919-cu ildə Zəngəzuru ermənilərdən təmizləyən qəhrəman generalımız Cavad bəy Şıxlinskinin İranda yaşayan ailəsin tapdım, dəqiq məzarının yerini öyrəndim. Həm də 100 ildən sonra! Bu, mənim üçün çox önəmli bir fakt idi.

Bu yaxınlarda mətbuatdan oxudum ki, “Neft Daşlarını” kəşf etmiş əfsanəvi neftçi-geoloq Ağaqurban Əliyevin yeganə övladı Yalçın Əliyev faciəvi şəkildə evində vəfat edib, 6 aydan sonra onun nəşini evində polis tapıb, aparıb dəfn edib və həmin ev milyonlarla manata satışa çıxarılıb. Xəbəri oxuyarkən şok oldum, günlərlə özümə gələ bilmədim. Çünki, illər öncə mən həmin evdə qonaq olub Yalçın Əliyevdən də geniş müsahibə götürmüşdüm, o da həmin evdə atası, əfsanəvi neftiçimiz Ağaqurban Əliyevin Ev Muzeyini yaradacağını demişdi. Həmin evin satışa çıxarılması xəbəri məni çox narahat etdi. Bəs Ağaqurban Əliyevin oradakı şəxsi əşyalarının aqibəti necə oldu? Bu barədə çox narahatlıq dolu, hüznlü bir status paylaşdım və hər şeyi xalqımızla bölüşdüm. Daha sonra həmin yazımı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), Heydər Əliyev Fonduna da göndərib xahiş etdim ki, oxuyub bir tədbir görsünlər. Bir müddət öncə isə əfsanəvi neftçimiz Ağaqurban Əliyevin Amerikada yaşayan və həmin evi satışa çıxarmış nəvələrinin əlaqə vasitələrini tapdım, danışdım, onun şəxsi əşyalarının anbarda olduğunu öyrəndim. Bu barədə təcili SOCAR-a da məlumat verdim. Onlar da ailə ilə əlaqə saxladılar, həmin əşyaların anbardan çıxarılıb bir muzeydə sərgilənməsi üçün bütün tədbirləri görəcəklərini bildirdilər. Bu, mənim üçün çox önəmli faktdır. Gənclərimiz Ağaqurban Əliyev kimi dahi şəxsiyyəti yaxından tanımalıdırlar.

Məsələn, hər gün ölkəmizdəki əksər ekspertlər, siyasətçilər, millət vəkilləri Fransanın Qarabağ məsələsində Azərbaycana qarşı qərəzli mövqe tutduğundan bəhs edirlər. Mən isə Şarl de Qollun “Azad Fransızlar” dəstəsinin fəal üzvü, Fransanı faşizmin pəncəsindən xilas edən əfsanəvi partizan İdris Həşimovun həyatını, dəqiq məzarının yerini araşdırdım, Amerikadakı nəvəsindən müsahibə götürüb, Azərbaycan və ingilis dillərində yayımladım. Niyə məhz İdris Həşimov?! Çünki İdris Həşimov İkinci Dünya müharibəsi dövründə Fransadakı anti-faşist Partizan Müqavimət Hərəkatında xidmət edib, Fransanın bir çox böyük şəhərinin faşizm işğalından azad edilməsində iştirak edib. Həmçinin yüzlərlə qadın, uşaq və yaşlını əsir düşərgələrindən xilas edib. Döyüşlərdə göstərdiyi xüsusi qəhrəmanlığına görə Fransanın orden və medalları ilə təltif edilib. Mən də bütün dünyaya göstərməyə çalışdım ki, Fransanın belə bir azərbaycanlı qəhrəmanı da olub! Və həmin araşdırma, müsahibəmin sonunda isə məlum olur ki, Fransanın azərbaycanlı milli qəhrəmanı olan İdris Həşimovun evi və qəbri 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı erməni qarətində məhv edilib. Və hazırda da həmin məzar erməni tərəfində, tapdaq altındadır. Mən bir araşdırma-müsahibəm ilə Azərbaycan qarşı düşmən mövqeyi tutan hər iki dövlətə də tutarlı cavab verməyə çalışdım. Bunlar mənim üçün çox önəmli faktlardır. Başqaları üçün isə başqa şeylər önəmlidir...

- Gördüyünüz işin miqyası böyük olsa da, onu yetərli səviyyədə təqdim etmək üçün böyük tribunanız yoxdur. Bəlkə də, var... Varmı? Yoxdursa, nə arzu edərdiniz?

- Bu sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, Fransanın azərbaycanlı Milli Qəhrəmanı, qəbiri ermənilər tərəfindən Birinci Qarabağ savaşı zamanı dağıdılan, qarət edilən İdris Həşimovla bağlı hazırladığım həmin tarixi araşdırma-müsahibəmi öz saytımda yayımlayıb, sosial şəbəkələrdə də paylaşdım. Çox təəssüflər olsun ki, bəzi insanlar bu yazımın önəmini də tam dərk edə bilmədilər. Mən məcbur olub həmin yazımı Azərbaycanın bütün dövlət orqanlarına da göndərdim: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə xanım Qafarova, Xarici İşlər Nazirliyi, Azərbaycanın Fransadakı səfiri Leyla xanım Abdullayevaya elektron müraciətlər, məktublar göndərdim. Yazdım ki: “Xahiş edirəm, Fransanın azərbaycanlı Milli Qəhrəmanı İdris Həşimovla bağlı mənim bu tarixi araşdırma, müsahibəmi oxuyun. Bu qəhrəman şəxsiyyətin ermənilər tərəfindən dağıdılmış, qarət edilmiş məzarı tapılsın, bərpa olunsun. Və Fransa hökumətinə də bəyan edilsin ki, siz nəyi müdafiə edirsiniz?! Bütün fransız xalqı da öz azərbaycanlı Milli Qəhrəmanlarını tanımalıdır. Bilsinlər ki, İdris Həşimovun məzarını da məhz ermənilər dağıdıb, məhv ediblər”.

Bir müddət sonra, Fransadakı Azərbaycan Səfirliyindən müsbət bir cavab məktubu aldım. Həmin araşdırma-müsahibəmi çox bəyəniblər və mənə təşəkkür etdilər. Və hazırda da aidiyyəti qurumlar bu istiqamətdə dövlət səviyyəsində işlər görür. Bir araşdırmaçı-jurnalist üçün bundan böyük uğur olarmı?!

Bəli, gördüyüm işləri təqdim etmək üçün elə bir yüksək tribunam yoxdur. Aylarla, bəzən də illərlə bir araşdırma-müsahibə üzərində çalışıram, öz saytımda yayımlayıram, sosial şəbəkələrdə paylaşıram. Çox təəssüflər olsun ki, daha geniş bir kütləyə təqdim edə bilmirəm. Üzərimə düşən hər şeyi edirəm, araşdırıram, yazıram, yayımlayıram. Və mənim vicdanım da rahatdır.

- Yerli və ya əcnəbi olsun, hansısa media orqanlarından əməkdaşlıq təklifi alırsınızmı? Məsələn, nə təklif edirlər: bu işləri görəcəksiniz, bu qədər qonorar alacaqsınız...

- Bəzən yerli media orqanlarından iş təklifləri alıram. Bir saat yazılarım barədə təriflər yağdırırlar. Mən də öz təşəkkürümü bildirirəm. Hər dəfə mənə sual verirlər ki, niyə Bakıya köçmürsünüz? Onlara hər şeyi olduğu kimi danışıram. Deyirəm ki, mən hazırda Tovuzda uzaq bir kənddə yaşayıram, bütün müsahibə-araşdırmalarımı da burada çox çətinliklə də olsa yazıram, yayımlayıram. Bakıya kitabımın təqdimatı üçün gedirəm, axşam olmamış avtobusa minib kəndə qayıdıram və s. Çünki Bakıda yaşamaq üçün ev, iş yeri, müəyyən qədər vəsait lazımdır. Təəssüflər olsun ki, onlar da məndə yoxdur. Təklif etdikləri məbləği də kirayə xərcinə verəndə mənə nə qalacaq?! Cavab verə bilmirlər. Sadəcə olaraq, müsahibə götürdüyüm şəxslərə necə çıxdığımı soruşurlar, heyrətlə mənə qulaq asıb, təriflər deyirlər.

Əlbəttə ki, Bakı mənim üçün çox doğma bir şəhərdir. Mənim yaradıcılığımı izləyən hər bir oxucum da bilir ki, bütün müsahibələrimdə Bakı ilə bağlı xüsusi bir sualım olur. Bakıdakı bütün ən möhtəşəm, milyonluq binaları tikən dünya şöhrətli memar-dizaynerləri də tapıb özəl müsahibələr götürmüşəm. Onlar isə mənim Bakıdan çox uzaqda yaşadığımı bilmirlər.

Mənim bir jurnalist vəsiqəm də yoxdur, qeydiyyatdan da keçməmişəm. Amma bu qədər araşdırma, eksklüziv müsahibələrin müəllifiyəm. Dünya şöhrətli şəxsiyyətlərə müsahibə üçün müraciət edəndə cəmi 5 müsahibəmin linkini gödərməyim kifayət edir, müsbət cavab alıram. Onlar da məndən heç nə tələb etmirlər. Heç unutmaram, illər öncə, bir eksklüziv müsahibəmi digər məşhur mətbuat orqanına satmalı oldum, mənə cəmi 60 manat qonorar verdilər. Həmin müsahibəmin isə minlərlə oxucusu oldu! Dünya şöhrətli bir sənətkar həyatında ilk dəfə olaraq Şuşada konsert vermək istədiyini də məhz mənə açıqlamışdı. Belə bir müsahibəni çox az bir məbləğə satmağa məcbur olmağım mənə çox pis təsir etmişdi. Ondan sonra bir də heç vaxt yazılarımı satmadım. Heç bir qazanc, gəlir əldə etmədən bütün bu yazılarımı yalnız öz saytımda, kitabımda yayımlayıram.

Məsələn, Boris Conson Britaniya kimi bir super dövlətin Baş naziri idi, mən onun jurnalist bacısını tapıb, müsahibəyə razı saldım. O, müsahibə zamanı “damarlarımda türk qanı axdığı üçün qürur duyuram” söylədi. Daha sonra isə yüksək vəzifələrdə çalışmış atasından da geniş müsahibə götürdüm. O da türk keçmişindən qürurla bəhs edib, həyatının etiraflarını etdi. Bu yaxınlarda isə dünyada ən çox oxunan müasir fransız yazıçısı Mark Levidən eksklüziv müsahibə götürdüm. O da ilk dəfə olaraq müsahibə zamanı türk olduğunu açıqladı və bundan qürur duyduğunu söylədi. Düşünürəm ki, bunlar çox önəmli faktlardır. Və mənim bütün yazılarımda belə məqamlar var və hamısını bu müsahibə zamanı sizinlə bölüşməyim mümkün deyil.

Mən həmişə inandım ki, tarixi araşdırma-müsahibələrimi oxuyan kəslər mənim bu ölkə, bu xalq üçün nələr etdiyimi nə vaxtsa dərk edərlər. Ona görə də heç vaxt dayanmadım, geri çəkilmədim, uzaq bir kənddə, heç bir şərait olmadan da yazmağa, araşdırmağa davam etdim. Azərbaycan Xalq Cümhuriyyətinin ən görkəmli şəxsiyyətlərinin dünyanın müxtəlif ölkələrində yaşayan ailə üzvlərini tapdım, həmsöhbət olub tarixi müsahibələr hazırladım, saytımda, kitabımda da yayımladım. Təəssüflər olsun ki, bu ölkədə mənim yaradıcılığıma da heç bir dəyər verilmədi. Bir müddətdir düşünürəm ki, artıq bu reallıqla barışmalıyam və yaşamaq üçün yeni qərarlar qəbul etməliyəm. Yəqin ki, 100-200 ildən sonra bu ölkədə mənim kimi bir gənc də tapılar, bütün fəaliyyətimi da araşdırar və dəyər verərlər.

- Gözümüzün önündə milli mətbuatımızla Qərb mətbuatını canlandıraq, nə görürük?

- Mən dünya şöhrətli ingilis yazıçı Culian Barnsdan, milyarder Rokfeller ailəsindən, “Facebook”un sahibi Mark Zukerberqin atasından, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin oğlundan, “Buker” mükafatı laureatı amerikalı yazıçı Corc Sondersdən, dünyada ən çox oxunan müasir fransız yazıçısı Mark Levidən, dahi ingilis yazıçısı Corc Oruellin yeganə övladından, əfsanəvi kinoaktyor Brüs Linin qızı Şennon Li və digər adını çəkmədiyim məşhur şəxslərdən eksklüziv müsahibələr götürəndə özümlə bağlı yuxarıda qeyd etdiyim heç bir məlumatı verməmişdim. Çünki onların ölkələrindəki araşdırmaçı jurnalistlər məndən çox fərqli həyat standartlarına və iş imkanlarına malikdirlər. Əgər mən özümlə bağlı bütün reallığı onlara açıqlasaydım, bizim ölkəyə qarşı sadəcə olaraq çox mənfi fikirdə olardılar.

Bəzən insanlar elə düşünürlər ki, mənim müsahibə götürdüyüm şəxslərin Azərbaycan mətbuatına danışmaq üçün ürəkləri gedir və s. Bu, qətiyyən belə deyil. Sizin qeyd etdiyiniz həmin Qərb mətbuatında da Azərbaycanla bağlı xeyli sayda neqativ məlumatlar dərc olunur, o kəslər də həmin mənfi xəbərlərin təsirinə düşürlər. Amma onlar gənc bir jurnalistə dəstək olub, onun gələcək karyerasına töhfə vermək üçün belə müsahibələrə razılıq verirlər. Təsəvvür edin ki, erməni lobbisinin də çox aktiv olduğu ölkələrdə mən məşhur şəxsiyyətlərdən ingilis dilində müsahibələr götürürəm və onlar da Azərbaycanın ünvanına xoş fikirlər səsləndirirlər. Bunun üçün mən onları pul müqabilində, milyonlar qarşılığında satın almıram. Onlar gənclərə dəstək olmağı özlərinə mənəvi borc bilirlər və bununla da öz vicdanları qarşısında rahat olurlar.

AYNA.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın “sülh planları” və ya Kiyev üçün xoşagəlməz ssenarilər - NƏ BAŞ VERİR?
Bu gün, 00:33
Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb - TƏFƏRRÜAT
Bu gün, 00:31
Dövlət qurumu 3 milyonluq avtomobillər və texnikalar aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
"Cəlilabad Məişət" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
Dünən, 19:00
"Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29-da iştirak etməməsi... Azərbaycan üçün itki deyil"
Dünən, 18:58
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Jozep Borrellə cavab verib
Dünən, 18:24
Xarici qonaqlar COP29-dakı yemək qiymətləri haqda nə dedilər? – SORĞU
Dünən, 18:13
Qızını məcburi ərə vermək istəyən ata istintaqa cəlb edildi - TƏFƏRRÜAT
Dünən, 18:11
“Cahan-Motors” qanunları pozdu, Gömrük Komitəsi protokol tərtib etdi
Dünən, 18:06
"Zəngəzuru ermənilərdən təmizləyən qəhrəmanımızın ailəsin tapdım, məzarının yerini öyrəndim"
Dünən, 18:03
Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
Dünən, 18:00
Rəsmi Bakı ƏSAS ŞƏRTİNİ AÇIQLADI - Ermənistan konstitusiyasına dəyişiklik etməyincə...
Dünən, 17:55
Ermənistan niyə COP29-a GƏLMƏDİ? – “Fransanın burada rolu böyük olub”
Dünən, 17:53
Kəhkəşanın `YESİRLƏRİ`... - FOTO
Dünən, 17:51
"Nəqliyyat ola-ola mən niyə gün itirməliyəm?" - ETİRAZ VAR...
Dünən, 17:47
"Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"
Dünən, 17:39
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
Dünən, 17:37
İrəvanın ABŞ və Qərbdən ala bilmədikləri: Onların hamısı indi Azərbaycanın əlində cəmləşib - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:34
"Qərbin "demokratiya"sına, siyasi müdaxiləsinə "avtoritar" adlandırılan rejimlərin ehtiyacı varmı?" - Video
Dünən, 16:41
Aşıq Namiqə AĞIR İTKİ: - “Son nəfəsində dedi ki, bunlar məni məhv etdi”
Dünən, 16:40
Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Dünən, 16:38
Hindistan-İran əlaqələri: onlar həm müttəfiq, həm də rəqibdirlər - “Iran Wire”
Dünən, 16:35
COP29-da iştiraka üzü olmayan Fransanın törətdiyi ekoloji CİNAYƏTLƏR - AKTUAL
Dünən, 16:28
“3 ildir ki, heç bir səbəb olmadan əlilliyimi kəsiblər” - ETİRAZ VAR...
Dünən, 16:26
Sülh dalana dirənib: Sazişin imzalanması niyə gecikir? - Görünəni odur ki...
Dünən, 16:24
Paşinyanın yeni "strateji saziş" OYUNU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:21
İsrailin Türkiyəyə qarşı hücum həyata keçirməsi absurddur -ŞƏRH
Dünən, 16:12
30 il əvvəl susanlar hərəkət keçdi: Bakıya “hücum”un pərdəarxası - NƏ BAŞ VERİR?
Dünən, 16:10
Zəngəzur dəhlizi ilə bağlı son durum: Şərtlər belədir - GƏLİŞMƏ
Dünən, 16:09
Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? - SİYAHI
Dünən, 16:06
Ağadadaş Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olunub - TƏFƏRRÜAT
Dünən, 16:04
Danışıqlar fayda vermədi: - 9 ildən sonra yenidən hərbi əməliyyatlar BAŞLAYIR
Dünən, 16:02
Bakıda 1100 bina söküləcək: Sakinlərə mənzil və kompensasiya... - AKTUAL
Dünən, 15:59
Saakaşvili əfv edilsə belə... həbsxanadan çıxa bilməyəcək
Dünən, 15:56
Ermənistanda konstitusiya dartışmaları davam edir - KİV
Dünən, 15:55
Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi
Dünən, 15:53
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb - DETALLAR
Dünən, 15:51
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib - FOTO
Dünən, 15:48
Bolqarıstanın birinci xanımı Şamaxıda - FOTO
Dünən, 14:33
“Qərb “tərəfdaşlarının” yalan vədləri Ukraynaya hər gün faciə yaşadır” - GÖRÜNƏNİ BUDUR
Dünən, 14:02
“Nemət Pənahlı özü etiraf elədi ki, məni Meydanda mitinqlər başlamamışdan instruktaj ediblər...” - İLGİNC...
Dünən, 14:00
Azərbaycanda eyni anda bir neçə işdə işləyən işçilərin sayı artıb - DETALLAR
Dünən, 13:58
“Zelenski seçiciləri pulla ələ almaq istəyir” - Poroşenko
Dünən, 13:08
"Meydan TV və Toplum Tv-nin strategiyası bəllidir..." - deputat
Dünən, 13:06
Müharibəni idarə edən “beyin mərkəzi” gedir – Yerinə məşhur polkovnik gətirilir
Dünən, 13:03
Sülhlə bağlı iki məsələ qaldı: Son variant açıqlandı - İNCƏLƏMƏ
Dünən, 13:01
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir - MƏQALƏ
Dünən, 12:57
İmişlidə MAL BAZARI: BU NƏ HALDIR?.. - FOTO, VİDEO
Dünən, 12:56
“Qazandığım hörməti yerə vurmaq istəmirəm” - Xalq artisti
Dünən, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru