İnsanları "Outlet qaraj"da belə aldadırlar: növbəti endirim fırıldağı - Dələduzluğun mövsümüdür...
Bir neçə gündür ki, sosial şəbəkələrdə “outlet” endirimlərilə bağlı müzakirələr səngimək bilmir. Söhbət “Park Bulvar”da keçirilən ənənəvi “outlet” qaraj günlərindən gedir. Sosial media istifadəçiləri qeyd edirlər ki, endirim adı ilə malların əksəriyyəti baha qiymətə satılır.
Yeri gəlmişkən, hər mövsümün sonunda burada malların 80-90 faiz endirimlə satışa çıxarıldığı qeyd edilir. “Park Bulvar”ın elanında yazılıb ki, 60-dan çox brendin iştirak etdiyi kampaniyadan yararlananlar hər mövsümə uyğun məhsulları əldə edə bilirlər.
Narazılıqların hər hansı əsası varmı? Paltarların 80-90 faiz endirimlə satıldığı realdırmı?
Musavat.com-un əməkdaşı olaraq həmin məkana üz tutub suallarımıza cavab tapmağa çalışdıq.
İlk olaraq deyim ki, ticarət mərkəzinin qarajında təşkil olunan endirim kampaniyasına xeyli adam toplaşmışdı. Məkanın çox böyük olmasına rəğmən havasızlıqdan adamın nəfəsi kəsilirdi. İçəri daxil olan digərləri kimi bizim də üzümüzdə ümid var idi ki, endirimlərdən yararlana biləcəyik. Amma geri dönənlərin simasındakı yorğunluq və məyusluq hissini gördükdə “tələsməmək əfsəldir”, deyib keçdik.
Qeyd edək ki, burada kişi, qadın, uşaq paltarları satılan müxtəlif brend markalara rast gəlmək olur. İnsanların daha çox toplaşdığı mağazalara daxil olub, brend məhsulların qiymətləri ilə maraqlanırıq. 70 faiz endirimlə satışa qoyulan malların əksəriyyətinin baha olduğunu görürük. Endirimdə olan mallar isə ya yararsız vəziyyətdə olur, ya da ən böyük (kiçik) ölçüdə olanlar olur. Elə “Süvari”nin kostyumları və köynəkləri ilə bağlı alıcıların gileylənməsi də nəzərimizdən yayınmır. “Bu kostyumu 130 manata qoyublar, guya 350 manatdan endirimə düşüb. Fikir ver, bunları alan yoxdur, çünki ancaq ən böyük ölçüləri qalıb. Keçən il də endirimdə buradan köynək almışdım, tez sıradan çıxdı”, -deyə alıcılardan biri bildirdi.
Digər alıcı da qiymətlərlə maraqlandığımızı görüb dilə gəldi: “Bayaq gödəkçəyə baxdım, 250 manata idi. Adi firmadır, heç adı da yadımda qalmadı. Bunun harası endirim oldu. Adi qısaqol köynəklər 50 manatdan başlayır. Çıxın yuxarı, endirim olmayan yerə, eyni qiymətlərdir, cüzi fərq var”, -deyə qadın alıcı bildirdi.
Qadın və uşaqlar üçün paltarlar satılan “Penti” mağazasında da eyni vəziyyətlə üzləşirik. Endirim elan olunmayanda bu mağazadan daha münasib qiymətə nə isə tapmaq olar, nəinki, indiki “endirim” qiymətləri ilə.
Uşaq mağazalarında da qiymətlər od tutub yanırdı. Misal üçün, gödəkçələrin qiyməti 100-110 manat arasında dəyişir. “Buradan belə baha alınca, gedib trendyoldan sifariş verərəm, bu nədir, adi bir yağış üçün gödəkçə də bu qiymətə olar!?”,- deyə övladı ilə gələn valideyn qeyd edir.
Qeyd edək ki, burada ucuz qiymətə olan məhsullar da tapmaq olur, amma onlar da əsasən Çin məhsulları idi.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə alıcıların haqqı var ki, malın endirimə qədərki sənədinə baxsın: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. Sadəcə olaraq malın üstünə endirim kağızı yapışdırılmaq istehlakçılar aldadılır. Mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsi daha çox saxta xarakter daşıyır. İstehlakçılar mağazalardakı süni endirmlərə inanır, alış-veriş edirlər. Daha sonra aydın olur ki, endirim həmin mala aid deyil. İstehlakçının tələbatını ödəməyən mal olduqda onu 14 gün ərzində geri qaytara bilər. Lakin mağazadan bildirilir ki, endirimdə satılan mal geri qaytarılmır. Belə olan halda istehlakçılar dövlət orqanlarına müraciət edərlərsə mağaza sahibini 1500-dən 5000 min manatadək cərimə gözləyir. Mağazalarda endirimlərin şişirdilmiş olduğunu müəyyənləşdirmək işi çox vaxt istehlakçıların üzərinə düşür. Bunu müəyyənləşdirməyin isə bir neçə yolu var. İlk növbədə, satıcıdan endirimdən əvvəlki məhsulun qiyməti tələb edilməlidir. Satıcı endirim edilən məhsulun əvvəlki qiymətini istehlakçıya təqdim etməyə borcludur".
Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda pensiya yaşı nə vaxt azaldılacaq? - ARAŞDIRMA
Bu gün, 19:10 |
|
|
|
• Azərbaycan qazı və Ukrayna borusu: Avropa möhtacdır - FAKT BUDUR!
Bu gün, 19:02 |
|
|
|
• Sülh sazişinin altında Paşinyanın imzası olsa belə... - Tərəf olan erməni xalqıdır...
Bu gün, 19:00 |
|
|
|
• Horovlu kəndində bu işlərin icrası 40 milyon manata başa gələcək
Bu gün, 18:56 |
|
|
|
• Azərbaycanla Ermənistan Delimitasiya Komissiyalarının Əsasnaməsi qüvvəyə minir - BU GÜNDƏN...
Bu gün, 18:11 |
|
|
|
• Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür - Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
Bu gün, 18:08 |
|
|
|
• Peter Mixalko COP29 konfransının keçiriləcəyi yerlə tanış olub - "X"
Bu gün, 18:02 |
|
|
|
• Ermənistana silahlanma qadağası qoyula bilər - ƏGƏR...
Bu gün, 18:00 |
|
|
|
• İki türk ölkəsi hədəfdə: - Bakının “düşməni” dost ola bilər
Bu gün, 17:58 |
|
|
|
• DOST Agentliyi “Oracle” lisenziyası aldı - 1.7 milyon manata
Bu gün, 17:56 |
|
|
|
• Məleykə Abbaszadənin adından İSTİFADƏ ETDİ - HƏBS EDİLDİ
Bu gün, 17:54 |
|
|
|
• Tərtər öz şəhidini BELƏ UĞURLADI... - FOTOLAR
Bu gün, 17:51 |
|
|
|
• Böyük tenderlərin qalibi olan “Buta-Tikiş” hansı qaydaları pozub? - TƏFƏRRÜAT
Bu gün, 17:45 |
|
|
|
• Nazirlik araşdırmaya başladı... hüquq müdafiəçisi nişan verdi: BOĞULURUQ... - "İllərlə yığılıb qalmış problemin həlli indiyə qaldı?"
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycanda unun qiyməti BAHALAŞDI – Son qiymətlər
Bu gün, 17:36 |
|
|
|
• Xalq artisti avtobusda basabasa düşdü - VİDEO
Bu gün, 17:35 |
|
|
|
• Azərbaycanın COP29 vaxtı barışıq təşəbbüsü dünya ictimaiyyəti tərəfindən dəstəklənir - FOTO
Bu gün, 17:32 |
|
|
|
• Rayon qeydiyyatı olan avtomobillərin COP29 zamanı Bakıya girişinə qadağa qoyulacaq? - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• Aparat rəhbərinin təkəbbür, iddia və səhvlərlə dolu cavab məktubu... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:24 |
|
|
|
• İnsanları "Outlet qaraj"da belə aldadırlar: növbəti endirim fırıldağı - Dələduzluğun mövsümüdür...
Bu gün, 17:20 |
|
|
|
• Nağdsiz ödənişlərdə sahibkarlara güzəşt edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 17:00 |
|
|
|
• Xaçmazda baş verən qətlin TƏFƏRRÜATI
Bu gün, 16:58 |
|
|
|
• Efirdə qalmaqal: Uşaqlarını atan qadın vəkillə "qırğına çıxdı" - VİDEO
Bu gün, 16:56 |
|
|
|
• Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
Bu gün, 16:54 |
|
|
|
• Ağdaş rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:49 |
|
|
|
• “Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 16:47 |
|
|
|
• SEPAH generalı İsraili “ölümcül zərbə” ilə hədələyib
Bu gün, 16:34 |
|
|
|
• “Tərtər işi” bağlı QALMAQAL BÖYÜYÜR: “Yeni həbslər olacaq” - KİMLƏR HƏDƏFDƏDİR?
Bu gün, 16:31 |
|
|
|
• Təzyiq altındayam, mənə hücumlar edilir – Hərbi ekspert ad çəkdi
Bu gün, 16:28 |
|
|
|
• “Ermənilər COP29 ərəfəsində təxribata hazırlaşır, amma...” - Partiya sədri
Bu gün, 16:14 |
|
|
|
• Qulinin "tac"landırmadığı "qanuni oğru" özünü binadan atdı - KİV
Bu gün, 16:08 |
|
|
|
• Lavrov Rusiyanın Ermənistana hərbi texnika satdığını “unudub” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:04 |
|
|
|
• Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır
Bu gün, 16:01 |
|
|
|
• Gürcüstan gözləmədə: cəmiyyət həm məyus, həm inamlıdır - GƏLİŞMƏ
Bu gün, 15:59 |
|
|
|
• Toyda nalayiq danışdı - Şəhid atasının şikayəti ilə tutuldu
Bu gün, 15:52 |
|
|
|
• Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub - SİYAHI
Bu gün, 15:49 |
|
|
|
• Qarabağın deputatları üçün də ev TİKİLİR?
Bu gün, 15:41 |
|
|
|
• BOKT-nin İdarə Heyətinə YENİ TƏYİNAT
Bu gün, 15:34 |
|
|
|
• ƏSGƏRLİYƏ GETMƏK ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT ETDİ - İsmayıllı sakini hərbi xidmətə yararsız olmadığını iddia edir
Bu gün, 15:30 |
|
|
|
• Yəhudi alim İsraili nasist Almaniyasına bənzədir - “Guardian”
Bu gün, 15:15 |
|
|
|
• Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab və ya Fuad Nəcəfliyə bir neçə sual
Bu gün, 15:09 |
|
|
|
• İrəvanın “erməni soyqırımı”ndan imtinasının ƏSL SƏBƏBİ
Bu gün, 15:06 |
|
|
|
• “Azərbaycan Avropanın xilaskarı oldu” - Bloomberg
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanda təşviş: - Tramp seçilsə, dərhal...
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan ordusunda özbaşınalıq artıb: - Zabit çatışmamazlığı var
Bu gün, 14:57 |
|
|
|
• Əli Həsənovun baldızının müsadirə olunan obyektini alan yoxdur – 11-ci dəfə hərraca çıxarılır
Bu gün, 14:47 |
|
|
|
• "Pulun 2450 manatını Elm və Təhsil Nazirliyinin şöbə müdirinə vermişəm" - TƏFƏRRÜAT
Bu gün, 14:38 |
|
|
|
• Qızılın qiyməti nə qədər artıb? - AKTUAL
Bu gün, 14:33 |
|
|
|
• Hacıbala Abutalıbov yağış sularına təslim olan Bakıdan danışmaq istəmədi - "Bakı haqqında mən heç nə deməyəcəm"
Bu gün, 14:29 |
|
|
|
• YEMƏYİN: “Hicaz 313”ün də TƏRKİBİ TƏHLÜKƏLİDİR... - Dövlət CƏZA KƏSDİ
Bu gün, 14:24 |
|
|
|
|