Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Qəribədir, Azərbaycanda dünya iqlim sammiti - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu konfransı keçirilir, ancaq Avropada bəziləri məhz bu tədbir boyunca Bakıya qarşı “qeyri-ekoloji” – yəni ekologiyaya, ətraf mühitə heç bir aidiyyəti olmayan hücum təşkil edirlər.
İndi də estafet “məşhur isveçli ekoloji fəal” kimi təqdim edilən Qreta Tunberqə verilib: O, Tiflisdə Azərbaycana qarşı aksiya keçirdikdən sonra İrəvana gedib, ötən gün orada “Azərbaycanın təcavüzünün insan hüquqlarına və ətraf mühitin mühafizəsinə təsiri” mövzusundakı forumda iştirak edib. Bunun ardınca isə qondarma “erməni soyqırımı” memorialı önündə şəkil çəkdirib.
Bəllidir ki, bu Tunberq hansı pullarla Avropadan Tiflisə və oradan da İrəvana gedir; bəllidir ölkələri basa-basa “burnumuzun ucuna” qədər hansı maliyyə ilə gəlib; bəllidir onun arxasında duran güclər və onların pis niyyəti – ona görə Azərbaycanın 17 min kv.km ərazisi işğal olunanda, evlər, mülklər, obyektlər darmadağın edilib, viranəyə çevriləndə, min kv.km-lərlə yaşıllıq məhv ediləndə, böyük bir ərazi səhralığa çevriləndə bu ekofəalın harda olması, niyə səs çıxartmadığı haqda qətiyyən sual vermək niyyətində deyiləm.
Məni sadəcə, iki məsələ maraqlandırır. Əvvəla, motiv, aksiyanın hədəfi, məkanı, ikincisi, Tiflisdə ona “maskalanaraq” dəstək verən Vəfa Nağı...
İkincidən başlayaq: Vəfa Nağı Tiflisdə aksiyaya qoşulur - əcəb edir, hər kəs fikrini ifadə etməkdə azaddır. Yaxşı, Vəfa Nağı niyə Tiflisdə "We - azerbaijan is stand with karabakh armenia" ("Biz, azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq") şüarını qaldırır?
Heç onu da sual etməyəcəyəm ki, “ermənilərin yanındakı” “siz azərbaycanlılar” kimlərsiniz? Əgər hansısa azərbaycanlı Xocalıda Vəfa Nağı yaşda, ancaq “o başda” və o boyda olmayan 1200 qız-gəlini əsir aparıb, səhərisi gün azərbaycanlıları “üzəçıxdıya” çağıran, körpələri qətlə yetirən, bir milyon insanı onillərdir didərgin salan, hətta “dünən” - İkinci Qarabağ savaşında gecə ikən müharibə ərazisindən 100 km kənarda olan şəhərlərimizi vurub, dinc insanları öldürən ermənilərin əməllərini “unudub”, onların yanında olmaq istəyirsə, getsin, hətta arzulayırsa, “erməni soyqırımı” abidəsi önündə dizini yerə atsın.
Ancaq anlamıram, ermənilərin yanında olmaq üçün Vəfa Nağı və Tunberq niyə COP29-u gözləyirdi ki? Niyə Bakıda keçirilən iqlim sammiti Azərbaycana qarşı “ermənilərin yanında olmaq aksiyalarına” çevrilməlidir?
Tunberqın dalında duranlar hansı məntiqlə bu zamanlamanı aparıblar?
Məkana qayıdaq: Avropada Azərbaycana qarşı aksiya keçirməklə Tiflisdə keçirməyin bir fərqi varmı? İtin karvana 3 min, yainki 1 min km-dan hürməsi nəyi dəyişir? Onsuz da o aksiyada iki cüt, bir Nağı adam var – bəlkə, Avropada Azərbaycana qarşı yallandırılanlar daha çox olardı, elə ordan qaldırırdınız da plakatınızı! Sonra Tunberqin İrəvana getməsi və “erməni soyqırımı” abidəsi önündə dizini yerə atması...
Get bir ağacın başına dolan, başı kəsik gözəl kötüyün üstündə ağı de – biz də dəminə züy verək! Sən ekofəalsan, yoxsa erməni yalanlarını yalayan?
İnsanlar özlərini bu qədər ifşa etməməlidir; dünya özünü bu qədər iyrənc təqdimatdan çəkinməlidir! Qəribədir: Bütün maskalar düşüb, hər kəs açıq və həyasızca oynayır, qırmızıcasına üzə deyirlər ki, bax, ermənilərdən pul alıb, bu aksiyanı keçirib, “erməni qoyqırımı”na da baş əyirəm!
Bəs, yaxşı, Vəfa Nağı niyə maskalanır ki?
Kimsə ona niyə demir ki, CO olmağına CO-dur, amma ...VİD19 deyil, ..P29-dur!
axar.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02 |
|
|
|
• İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58 |
|
|
|
• "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13 |
|
|
|
• Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08 |
|
|
|
• “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04 |
|
|
|
• "Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55 |
|
|
|
• "Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51 |
|
|
|
• Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49 |
|
|
|
• Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44 |
|
|
|
• Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41 |
|
|
|
• “O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32 |
|
|
|
• AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25 |
|
|
|
• "Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21 |
|
|
|
• Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13 |
|
|
|
• `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09 |
|
|
|
• Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01 |
|
|
|
• Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58 |
|
|
|
• Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56 |
|
|
|
• Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39 |
|
|
|
• Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32 |
|
|
|
• Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31 |
|
|
|
• Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25 |
|
|
|
• “Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16 |
|
|
|
• Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14 |
|
|
|
• Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12 |
|
|
|
• Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05 |
|
|
|
• İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01 |
|
|
|
• Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56 |
|
|
|
• 11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50 |
|
|
|
• Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48 |
|
|
|
• Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45 |
|
|
|
• “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44 |
|
|
|
• "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42 |
|
|
|
• "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38 |
|
|
|
• Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29 |
|
|
|
• Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26 |
|
|
|
• Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• "Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20 |
|
|
|
• Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19 |
|
|
|
• Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17 |
|
|
|
• COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11 |
|
|
|
• Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
• Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08 |
|
|
|
• Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06 |
|
|
|
• Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01 |
|
|
|
• İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00 |
|
|
|
• Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59 |
|
|
|
• "Dərslərin başlamasından iki ay keçib, amma...” - GİLEY
Bu gün, 08:53 |
|
|
|
|