Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Azərbaycanda məmurların əndazəni aşması haqda qulaq hər gün bir xəbər eşitməsə, yəqin ki, kar olar. Deyəsən, cəmiyyət olaraq məmur təbəqəsinin "qırmızı xətt"i keçməsinə öyrəşməyə başlamışıq. Çünki əvvəllər bu informasiyalar gələndə adamın qanı donardı, ictimaiyyət qəzəblənərdi. İndisə heç bir səs-səmir eşidilmir. Sanki belə də olmalı imiş... Söhbət artıq şəhid ailələrinə və yaxınlarına qarşı hüquq pozuntuna yol verilməsindən gedir. Vətəndaşların haqlarını pozmaq azmış kimi, xalqın həssas hissəsi olan şəhidlərin yaxınlarının əmlakına əl qoyulması, mülkiyyətinin qəsb edilməsi halları müşahidə edilir. Sözsüz ki, bu qorxulu tendensiyadır, dövlət üçün həyəcan təbili çalır və təxirəsalınmaz addımlar atılmasını zəruri edir. Ona görə ki, bu ölkədə kimsənin hüquqlarını pozmaq olmaz, amma şəhid ailələrinin və yaxınlarının haqqını isə heç pozmaq olmaz, toxunulmazlıq səlahiyyəti qazanıblar. Ancaq bəzi hallarda görmək olar ki, hansısa məmurlar vicdanı qarşısında zərrə qədər xəcalət çəkmir. Götürək elə Suraxanı rayon İcra Hakimiyyətinin bəzi nümayəndələrini, yerli bələdiyyəsini. Məlum olub ki, hamısı əlbir olub şəhidin ailəsinə məxsus torpaq sahəsini yağmalayıblar. Anaxeber.info bildirir ki, bu barədə şəhid ailəsinin üzvü olan Şahmurov İlqar Əlihəsən oğlu özü başına gələnləri danışıb. Dərdini sosial mediada açıqlayan vətəndaşın sözlərinə görə, rayonun Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, döngə 2 ünvanında ona aid 6 sot torpaq sahəsi var. Bildirir ki, hələ 2016-cı ildə həmin 6 sot torpağa görə 18 min manat verib. Şahmurov danışır ki, geridə qalan bu 8 il ərzində torpaq sahəsinin hasarını çəkdirib, su xətti qoyulub, müəyyən işlər görülüb, amma tikinti aparılmayıb. Dediyinə görə, 7 min daş istifadə olunub. Lakin günün birində Suraxanı rayon icra nümayəndəsi Qurbanəli İslamov və bələdiyyə sədri Elbrus Xəlilov əraziyə gələrək torpağın ona aid olmadığını iddia edərək daşı daş üstə qoymayıblar. Belə ki, ərazi traktora verilərək şumlanıb, daşı daş üstə qalmayıb, bu da azmış kimi, həmin 7 min daş aparılıb ki, guya qəbiristanlığın əmlakıdır. Şəhid ailəsi olan şikayətçi bildirir ki, öz cibindən xərc çəkib, 7 min daş alıb, torpaq sahəsini hasarlayıb, indisə məmurlar onun torpağını əlindən alıblar, əmlakını darmadağın ediblər. Şahmurov baş verənlərdən sonra Suraxanı rayon icra başçısı Adil Əliyevin qəbuluna gedib. Ancaq görüş keçirilən gün saatlarla gözləsələr də, qəbula düşə bilməyiblər. Bunun ardınca icra nümayəndəsi Qurbanəli İslamov yenidən şəhid ailəsinin üzərinə gəlib və onu təhdid edib. Şahmurovun sözlərinə görə, İslamov onu hədələyərək deyib ki, Ermənistana casusluq və İran narkotacirləri ilə əlaqə ittihamları ilə səni tutduraram. Bütün bu hədə-qorxu, təzyiq və əmlakın dağıdılmasından sonra vətəndaş Suraxanı rayonu, 30-cu polis bölməsinə gedərək ərizə yazıb. Vətəndaş bildirir ki, ona məxsus torpaq sahəsinin icra başçısı Adil Əliyevin dayısına verildiyi haqda iddialar var. Göründüyü kimi, icra başçısı Adil Əliyevin adından istifadə olunmaqla məmurlar şəhid ailəsinin torpağını əlindən alıblar, əmlakını şumlayıblar, başçının dayısının adına çıxarıblar. Bunun nə dərəcədə real olduğunu söyləmək çətindir, lakin həqiqət deyilsə, o zaman Suraxanı İH və başçısı Adil Əliyev ittihamlara münasibət bildirməlidir. Çünki faktiki olaraq, icra başçısının adı şəhid ailəsinin torpağını dağıtmaqda hallanır və ərazini dayısına peşkəş etməkdə keçir. Halbuki mətbuatda hər zaman Adil Əliyevin şəhid ailələri, qazilərə qayğı göstərməsi, onlarla görüşməsi, problemlərinə dəstək olması barədə xəbərlərə rast gəlirik. Eləcə də parlament üzvü olduğu dövrdə hər zaman şəhid ailələri və qazilərə qayğı göstərməsi ilə diqqət mərkəzində olub. İndi Suraxanı İH məmurları onun adını xoşagəlməz bir hadisəyə qarışdırırlar. Qarşı tərəfi dinləməyə hazırıq.
AnaXeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02 |
|
|
|
• İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58 |
|
|
|
• "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13 |
|
|
|
• Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08 |
|
|
|
• “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04 |
|
|
|
• "Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55 |
|
|
|
• "Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51 |
|
|
|
• Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49 |
|
|
|
• Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44 |
|
|
|
• Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41 |
|
|
|
• “O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32 |
|
|
|
• AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25 |
|
|
|
• "Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21 |
|
|
|
• Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13 |
|
|
|
• `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09 |
|
|
|
• Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01 |
|
|
|
• Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58 |
|
|
|
• Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56 |
|
|
|
• Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39 |
|
|
|
• Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32 |
|
|
|
• Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31 |
|
|
|
• Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25 |
|
|
|
• “Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16 |
|
|
|
• Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14 |
|
|
|
• Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12 |
|
|
|
• Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05 |
|
|
|
• İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01 |
|
|
|
• Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56 |
|
|
|
• 11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50 |
|
|
|
• Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48 |
|
|
|
• Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45 |
|
|
|
• “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44 |
|
|
|
• "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42 |
|
|
|
• "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38 |
|
|
|
• Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29 |
|
|
|
• Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26 |
|
|
|
• Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• "Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20 |
|
|
|
• Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19 |
|
|
|
• Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17 |
|
|
|
• COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11 |
|
|
|
• Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
• Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08 |
|
|
|
• Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06 |
|
|
|
• Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01 |
|
|
|
• İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00 |
|
|
|
• Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59 |
|
|
|
• "Dərslərin başlamasından iki ay keçib, amma...” - GİLEY
Bu gün, 08:53 |
|
|
|
|