11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Ötən illər ərzində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vaxtı ilə BMT Təhlükəsizlik Şurasının üzvü, Qoşulmama Hərəkatının sədri seçilən Azərbaycanı dünya birliyi COP29 kimi nüfuzlu iqlim konfransının ev sahibi kimi dəstəkləndi. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olmasını bir daha təsdiqlədi. Hazırda COP29-a ev sahibliyi edən Azərbaycan qlobal iqlim dəyişikliyinə öz ciddi töhfəsini verməkdədir. Cənubi Qafqaz və MDB məkanında ilk dəfə COP-un məhz Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Regionun qalib və lider ölkəsi kimi Azərbaycanın yaşıl gündəliyi də olduqca zəngindir. İqlim dəyişikliyi ilə mübarizəyə dair ölkəmizin irəli sürdüyü təşəbbüslər təqdir olunur. Azad olunmuş ərazilərin yaşıl enerji potensialının inkişaf etdirilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. 30 illik işğal dövründə Ermənistan tərəfindən “boz zona”ya çevrilən Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı ilə öz töhfəsini verir və beynəlxalq platformalarda müzakirə olunur. Beləliklə, COP29 iqlim müzakirələri ilə yanaşı, həm də ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa edən Azərbaycanın sabitləşdirici faktor və regionun iqtisadi drayveri kimi təqdimatı olacaq.
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, 11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünməyə başlanıb. Deputatın sözlərinə görə, Bakı COP29 beynəlxalq konfransı keçirməyə tam hazırdır:
"Bu konfrans ilk növbədə dünya əhəmiyyətlidir. Çünki, elə bir ölkə yoxdur ki, iqlim dəyişiklikləri ilə qarşılaşmasın və təhlükəni gözləməsin. Dünya o qədər də böyük deyil. Təbiətin dəyişilməsi yer kürəsinin hər bir üzvünə təsir göstərir. Yerin bir tərəfində yağıntılar, digər tərəfində quraqlıqlar, buzlaqların əriməsi nəticəsində okeanların səviyyəsinin qalxması suyun səviyyəsinin qalxması və ada ölkələrin suyun altında qalma təhlükəsinin yaranması iqlim dəyişikliklərin fəsadlarıdır. Bu baxımdan Bakıda keçiriləcək COP29 dünya ictimaiyyətinin hər bir üzvü üçün çox vacibdir. Amma çox təəssüf ki, dünyada iqlim dəyişikliklərinə ən çox təsir göstərən bəzi Qərb ölkələri qlobal həmrəylikdən yayınmaq üçün müxtəlif bəhanələrlə COP29-da iştirak etmək istəmirlər. Bu, bir daha həmin ölkələrin fəaliyyətinin dünyanın sonuna gətirməsi prosesini sürətləndirməsindən irəli gəlir. Biz Bakıda İqlim maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasını və bu Fonda maliyyələr yığaraq iqlim dəyişikliklərdən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ada ölkələrinə yardımların edilməsini təklif edirik. Amma müharibələri alovlandıran, öldürücü silahları tədarük edən, sənaye müəssisələri ilə iqlimi ən çox çirkləndirənlər İqlim maliyyəsini ödəmək istəmirlər".
Parlament üzvü vurğulayıb ki, iqlim dəyişiklikləri qlobal problemdir və bu problemin həll olunması üçün qlobal həmrəylik əldə olunmalıdır: "Hesab edirəm ki, COP29-da bütün ölkələr iştirak etməlidir. Hətta iştirak etməyən ölkələr də iqlim maliyyəsini ödəməlidirlər. Bakıda keçiriləcək COP29-da 11 gündə bu məsələlər ətrafında müzakirələr aparılaraq əhəmiyyətli qərarlar qəbul olunacaq. COP29-un Azərbaycan üçün də əhəmiyyəti böyükdür. İqlim dəyişmələri ölkəmizdən də yan keçmir. Xəzər dənizi sürətlə quruyur. Yağıntıların normadan az olması çaylarda suyun səviyyəsini azaldır. Bu, həm aqrar sektorun inkişaf etdirilməsində, həm də gələcəkdə şirin su ehtiyatları ilə bağlı çətinliklər yaradacaq. Ona görə də Xəzər regionunda iqlim dəyişiklikləri ilə bağlı kompleks tədbirlər görülməlidir. COP29-un birbaşa ölkəmiz üçün əhəmiyyəti də böyük olacaq. Ölkəmizin siyasi mövqeləri möhkəmlənəcək, dostlarımızın sayı artacaq, ədalətli mövqeyimizlə dünya ictimaiyyəti yaxından tanış olacaq və ölkəmizə qarşı qarayaxma kampaniyaları aparanların ikiüzlülüyü və riyakarlığı ifşa olunacaq". A.Badamov bəyan edib ki, COP29-un iqtisadi əhəmiyyəti də böyükdür: "Turizm sektorunun sıçrayışlı inkişafına yeni bir impuls verəcək. O cümlədən yeni iş yerlərinin yaranmasını da şərtləndirəcək. Həm də ölkəmizin bərpa olunan enerji sektoru və qeyri-neft sektorunun digər sahələrinə investisiyaların axmasına töhfə verməsini şərtləndirəcək. Belə ki, biz COP29-un ölkəmiz üçün əhəmiyyətinin uzunmüddətli olacağını da görəcəyik. Biz bunu ölkəmizin güclənməsi, nüfuzunun artması və mövqelərimizin möhkəmlənməsi ilə müşahidə edəcəyik".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02 |
|
|
|
• İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58 |
|
|
|
• "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13 |
|
|
|
• Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08 |
|
|
|
• “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04 |
|
|
|
• "Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55 |
|
|
|
• "Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51 |
|
|
|
• Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49 |
|
|
|
• Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44 |
|
|
|
• Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41 |
|
|
|
• “O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32 |
|
|
|
• AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25 |
|
|
|
• "Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21 |
|
|
|
• Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13 |
|
|
|
• `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09 |
|
|
|
• Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01 |
|
|
|
• Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58 |
|
|
|
• Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56 |
|
|
|
• Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39 |
|
|
|
• Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32 |
|
|
|
• Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31 |
|
|
|
• Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25 |
|
|
|
• “Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16 |
|
|
|
• Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14 |
|
|
|
• Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12 |
|
|
|
• Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05 |
|
|
|
• İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01 |
|
|
|
• Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56 |
|
|
|
• 11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50 |
|
|
|
• Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48 |
|
|
|
• Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45 |
|
|
|
• “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44 |
|
|
|
• "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42 |
|
|
|
• "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38 |
|
|
|
• Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29 |
|
|
|
• Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26 |
|
|
|
• Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• "Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20 |
|
|
|
• Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19 |
|
|
|
• Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17 |
|
|
|
• COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11 |
|
|
|
• Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
• Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08 |
|
|
|
• Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06 |
|
|
|
• Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01 |
|
|
|
• İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00 |
|
|
|
• Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59 |
|
|
|
• "Dərslərin başlamasından iki ay keçib, amma...” - GİLEY
Bu gün, 08:53 |
|
|
|
|