Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” .....                     İranı çox çətin keçəcək 4 il gözləyir .....                     “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq .....                     "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." .....                     Köçəryanla bağlı qandonduran fakt: .....                     “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi .....                     "Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" .....                     "Ona dəyən daş mənə dəysin" .....                     Bakıda araqdan zəhərlənən kişi öldü .....                     Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... .....                     Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... .....                     “O sevgi mənə ömürlük bəs edib” .....                     AYNA “BOLT”u hədələdi... .....                     "Bu binadan ev alan 100 dəfə düşünsün..." .....                     Rusiya da, Kiyevin müttəfiqləri də yorulub .....                     Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün .....                     `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... .....                     Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir .....                     Şvabe bizi yeni “qarayanvar”la qorxudur .....                     Britaniyalı nazir Bakıdan çağırış edib .....                     Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: .....                     Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü .....                     Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... .....                     Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB .....                     “Parisin siyasi qozbeli” .....                     Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün .....                     Saxta estetik cərrahlar qalmaqalı səngimir .....                     Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir .....                     İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... .....                     Şəhid ailəsinin torpağı başçının dayısına verilib? .....                     11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür .....                     Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi .....                     Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. .....                     “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” .....                     "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... .....                     "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." .....                     Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... .....                     Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... .....                     Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü .....                     "Mən qumar oyununu təbliğ edəcək adamam" .....                 

"Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Tarix: Bu gün, 09:38 | Çap et
"Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..."
“Təzadlar” qəzeti redaksiyasına Bakı şəhəri Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı, Yunus Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin bir qrup sakini tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçilər məskunlaşma dövrü yüz ildən çox tarixə dayanan, onlara babalarından miras qalan evlərinin sökülməsi ilə bağlı əllərində heç bir hüquqi sənəd olmadan 64 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları və “Kristal Abşeron” MTK-nın nümayəndələri tərəfindən ərazidə yaşayış evlərinin satın alınması və dağıdılaraq xarabazara çevrilməsi səbəbindən uzun müddətdir həyatlarının cəhənnəmə çevrildiyini bildirirlər. Sakinlərin üz tutmadığı qurum, idarə, döymədikləri qapı qalmayıb: məsələ artıq dalana dirənib və 2 ildir əksəriyyətinin yaşlı insanlar olduğu sakinlər çarəsiz durumdadırlar. Əlləri hər yerdən üzülən sakinlər dərdlərini mətbuat vasitəsilə əlaqədar qurumlara, aidiyyəti şəxslərə və ölkə rəhbərliyinə çatdırmaq istəyirlər.

Əvvəli burada:

“Şəxsən mən ölsəm də,evimdən çıxan deyiləm!!!” - Bakıda “Kristal Abşeron” ÖZBAŞINALIĞI...

DAVAMI...

"Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik."

Şikayətçi Ələkbər Abdullayev: “Ailəmlə Yunus Dağlı küçəsi 15-də yaşayıram. Bizdə də vəziyyət çox pisdi. Evimin hər tərəfində söküntü aparılıb, ev yerindən tərpədilib. Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik. Acıqca belə şəraitsizlik yaradırlar, dağıtdıqlarını da daşımırlar ki, bezək, qarşıdurma yaratmağa çalışırlar, amma mən köçən deyiləm. Kubinkada hər kvadrata 4 min, başqa yerdə 5-6 min pul verilir, bizdə 2200 manat. Bura Sabunçudur məgər? Şəhərin ən gözəl yeri: Sabunçuda da 2000 manat, burda da?!”.

"Bizi iki ildir ki, sanki Eldar Əzizovun bu şəxsləri girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər...”

Şikayətçi Firdovsi Həsənzadə: “Konstitusiyamızın 29-cu maddəsində göstərilib ki, vətəndaşın şəxsi əmlakını almaq üçün ilk növbədə rəsmi şəkildə bildiriş, varsa - qərar təqdim edilməlidir. Daha sonra mülk sahibinə orada görüləcək işlərin təyinatı, sonda isə məbləği bildirilməlidir. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 4-cü bəndində qeyd edilib ki, vətəndaşla öncədən qiyməti razılaşdırmaq lazımdır. Hətta yazılır ki, dövlət ehtiyacları üçün satın alınsa belə, ev sahibi ilə razılaşdırılmalıdır. Razılaşma olduqdan sonra mülk sahibi evindən çıxa bilər. Nazirlər Kabinetinin mövcud qərarında da qeyd edilir ki, vətəndaşlar ya 500 metr radiusda hazır mənzillə təmin edilməlidir, ya da yaşadığı ərazinin qiymətinə uyğun kompensasiya ödənilməlidir. Bunlarda isə bir metod var - sökəndə də elə edirlər ki, hardasa su kranını zədələsinlər, su axaraq ərazidə şəraitsizlik yaransın. Qaz boruları da zədələnir. Bilirsiniz ki, bu evlərin əksəriyyəti çoxdan tikilib, köhnə tikinti materiallarıdı, həm də bir-birinə bitişikdi. Ehtiyatsızlıqdan bir kibrit çəkilsə, hamısı alışıb yana bilər. Ona görə də FHN-ə müraciət etdim. Onlar da sağ olsunlar, gəlib baxdılar və icra hakimiyyətinə məktub yazdılar. Sizi əmin edirəm ki, burada evini satanlardan bəlkə tək-tək ailə öz xoşuna bunu edib. Əksəriyyəti buna məcbur edilib. Hamının iradəsi eyni deyil axı - dözə bilmirlər. Razılıq alınan kimi dərhal gəlib tavanı, döşəməni sökürlər, dağıdırlar. Evin satmayanların ətrafındakı evləri qəsdən söküb ortada buraxırlar ki, dağıntı siçovul yuvasına çevrilsin, yaşayan sakinlərə qıcıq verilsin.

Alqı-satqı müqaviləsini isə yaxınlıqdakı 19 saylı Notarial Kontoru vasitəsilə həyata keçirirlər. Həmin notarial kontoru bunlarla əlbir olaraq normalda arxivə göndərilməli olan alqı-satqı müqaviləsini yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə göndərirlər. Bakı şəhəri 1 saylı Ərazi İdarəsi isə həmin sökülmüş mənzilə yeni çıxarış verir. Yeni çıxarışda öz ad və soyadları ilə - “Kristal Abşeron”un nümayəndələrinin və bizə məlum olmayan şəxslərin adları qeyd edilir. Ola bilsin ki, həmin şəxslər də onların ya ailə üzvləridir, ya da digər iş yoldaşlarıdır. Bu, o niyyətlə edilir ki, sabah buranın əsl sahibi kimdir maliyyəçisi kimdirsə həmin şəxsdən öz adlarına pul alsınlar. Bu yolla həm vergidən yayınırlar, həm evlər ikinci dəfə satılır, həm də çirkli pulların yuyulmasını həyata keçirirlər. Əlimizdə həmin sənədlər də var. ASAN Xidmətin işçisi bildirir ki, çıxarışda yeni ünvan qeyd edilib. Baxırıq ki, Yunus Dağlı küçəsi artıq giriş 31 kimi qeyd edilib. Bu ərazini sökməyə başlayanda camaata deyirdilər ki, guya Çəmbərəkənd parkının davamı salınacaq. Amma bizim heç birimizin ağlına batmadı, inanmadıq. Məsələn, bir neçə il öncə keçmiş “Sovetski”də gəldilər camaata Nazirlər Kabinetinin qərarını göstərdilər, hətta divarlara vurdular həmin qərarı. Camaat da əmin oldu ki, doğrudan da burada park salınacaq. Bizi iki ildir ki, sanki bu şəxslər girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər. Ətraf da ki, göz önündə - bizi belə bir şəraitdə yaşamağa məcbur edirlər. Onu da deyim ki, evləri sökəndə damdan-dama ölçməlidir. Bunlar isə otaqların içərisindən ölçürlər. Axı onlar bizim mənzilimizi almırlar, evimizin altındakı torpağı da, həyətimizi, yolumuzu da alırlar. Camaatı bu yolla da aldadırlar və “xaltura” edirlər. Tikinti sahəsi barədə anlayışı olmayan belə anlayır ki, həmin divarlar da ölçüyə salınmalıdır, təxminən 80 sm divarların enidir. İnsanları bu duruma salanların əməlləri Prezident İlham Əliyevə çatdırılsa, mən bilirəm ki, onlar cəzalandırılacaqlar, həm də ciddi şəkildə. Şəxsən uzun illər bundan əvvəl özümlə bağlı bir problemi Prezidentimiz öz nəzarətinə götürdü və həmin məsələ öz müsbət həllini tapdı”.

“Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq.”

Şikayətçi Anaxanım Quliyeva: “Mənim hazırda evimin divarına bitişik olan qonşunun evi sökülüb dağıdılıb. Biz də bu daş-torpağın yanında yaşamaq məcburiyyətində qalmışıq. Qonşunun evi söküləndə mənim də evimin divarı zədələnib. Yağış, qar yağanda bütün sular evimə axıb gələcək. Vəziyyətimiz çox ağırdır. İnsanların çoxu məcburiyyətdən razılaşıb köçdü. Çünki köçmək istəməyənlərin evinin dörd bir tərəfindəki evləri satın alıb söküb dağıtdırlar, onlar da evində yaşamağın mümkünsüz olduğunu görüb verdikləri məbləğə qane oldular. Mən razı deyiləm bu məbləğlə. Hələ bizə “qara maskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq. Belə olmaz axı. Nəvələrim var, onları da düşünməliyəm... Uşaqlar bu zibillikdə çıxıb oynaya da bilmirlər. Hər tərəf daş, qum, məftil, mismar...”.

"Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "

Şikayətçi Fəridə Məmmədova: “Biz uzun illərdir bu məhəllədə yaşayırıq. Mənim də evimin sağı-solu sökülüb. İki-üç adam qalıb orada. Hər tərəf siçan-siçovulla doludu, antisanitariya baş alıb gedir. Yayın istisində toz qalxır, nəfəs almaq olmur. Tez-tez suyumuzu kəsirlər, işığı zəif verirlər... Mənə deyirlər ki, gedənlər gedib, gəl, danışaq. Deyirəm, necə razılaşım 2200 manat məbləğlə?! Buranın yaxınlığında camaata 4000-4500 manatdan pulunu verib köçürdülər. Binanı da tikiblər. Xeyirli olsun! “Xozeyin” kimdirsə gəlib özü çıxsın ortaya. Göstər sərəncamı, qərarı! Məhkəməyə də vermişik. İştirak da etmişəm. Əllərində heç bir sənəd yoxdur: göstərə bilmirlər. O gün “Baksovet”dən gələn vardı. Deyir ki, abadlıq işləri aparılır. Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? Mənim 35 kvadratlıq evim var. Köklü bakılıyam. Özüm də 74 yaşındayam. Sağlamlıq problemim var - yeriyə bilmirəm. Bu yaşımda harada gedib yaşamalıyam? Şəhərin mərkəzində yaşayıram. Lazım olan məbləği verin ki, camaat da yaxınlıqda evini alıb yaşaya bilsin. Bildiyimə görə, bizə təklif edilən məbləğdən artıq pul alıb köçənlər də var. Axırıncı dəfə “pasportistkamız” var, mənə dedi ki, Fəridə xanım, köçmək fikrin yoxdu? Dedim, var! Dedi, gəl ora, danışaq. Deyirəm, ev alan sənsən, sən gəl danışaq: Yasamalda 1 otaqlı ev 130 mindir. Heç olmasa 100 min verin, mən gedim ev alıb yaşayım. Evlər bahalaşıb. “Kristal Abşeron”un nümayəndəsi gəlsin. Bizi yola versin, biz də çıxıb gedək. Bəs evi verib, gedib küçədə qalaq? Camaatı bilərəkdən narazı salmağa çalışanlar var”.

Şikayətçi Safura Eyvazova: “Bizim evimizin də hər tərəfi sökülüb. Evdə siçanlar gəzişir. Hara gedim? Bir övladım var. Hamımız eyni dərddəyik. Yaşadığım ərazidəki qiymətlərə uyğun kompensasiyam verilməyənə kimi evimdən çıxan deyiləm”.

***

Qeyd edək ki, şikayətçilər arasında Qədirli küçəsi 11 ünvanında qeydiyyatda olan Avdalimova (Məhərrəmova) Nailə Fərrux qızı Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun - “Fred Asif”in qardaşı, birinci Qarabağ müharibəsinin qazisi Ədalət Məhərrəmovun həyat yoldaşıdır. Onların bildirdiyinə görə, 28 kv.metr ərazisi olan mənzillərinə cəmi 34 min manat pul təklif ediblər, hansı ki, bu məbləğə həmin ərazidə 1 otaqlı ev almaq belə qeyri-mümkündür.

***

...Artıq qarşıdan soyuq aylar gəlir. Payız qapını döyüb. Bir müddət sonra dağıdılaraq yerlə-yeksan edilmiş evlərin qonşuluğunda yaşayan bu sakinlər səkiyə, qapı-bacaya, yola axacaq palçıqlı qar, yağış suyu ilə üz-üzə qalacaqlar. Onların bəziləri evlərinin divarı çatlamış, uçmuş yerlərindən qar və yağış sularının evə dolacağından, damlarının başlarına uçacağından narahatdırlar. Bu insanlar bir qrup məmur, sahibkar tərəfindən, sanki bilərəkdən incik salınır, dövlətin gördüyü işlərə, apardığı siyasətə kölgə salmağa çalışılır. İnsanlar narazılıq edir və ən pisi isə dövlət qurumlarında onları eşidən, bu özbaşınalığın, qanunsuzluğun qarşısını alan yoxdur.

Düşünürük ki, bu biabırçılığa son veriləcək və bu sakinlər, hansı ki, ata-babaları 100 ildən çox bu ərazilərdə məskən salıblar, yaşayıblar, onların pozulmuş hüquqları bərpa olunacaq. Yoxsa...

“Təzadlar”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02
İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00
“Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58
"“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13
Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08
“Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04
"Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55
"Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51
Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44
Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41
“O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32
AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25
"Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21
Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17
Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13
`Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09
Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01
Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58
Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56
Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39
Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32
Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31
Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25
“Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16
Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14
Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12
Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05
İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01
Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56
11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50
Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48
Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45
“Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44
"SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42
"Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38
Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29
Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26
Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25
"Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20
Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19
Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17
COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11
Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09
Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08
Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06
Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00
Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59
"Dərslərin başlamasından iki ay keçib, amma...” - GİLEY
Bu gün, 08:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru