Bu dəfə "Bank Respublika"dan şikayətçi düşən vətəndaş iddia edir ki, götürdüyü kreditə görə borcunu tam bağlasa da, sözügedən bank tərəfindən ona əlavədən bir faizlik borc yaranıb... daha dəqiqi, yazılıb. "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştyəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımda giley olunur.
Novruz Ç. Əliyev adlı sosial şəbəkə istifadəçisi yazır: " "Bank Respublika"dan şikayətçiyəm.
Kredit götürürük və vaxtından əvvəl bağlayırıq.
Amma yenidən 1%-lik komissiya faizi tutulması faktı ilə üz-üzəyik... Bu nə absurd yanaşmadır!!!"