Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... .....                     Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir .....                     `LEO BANK` yenə də aldadır... .....                     Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb .....                     Model Razi ANA OLDU .....                     Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib .....                     Günah nə SOCAR-dadır, nə Santuşda .....                     Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq .....                     Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu .....                     “400 minlik yeyintidən xəbərim olmayıb” .....                     Dənizçilər üçün UNİKAL VƏSAİT: .....                     Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır .....                     Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? .....                     İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb .....                     Məktəblərdə ciddi çatışmazlıq .....                     “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib .....                     Erməni deputat dilə gəldi: .....                     Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib .....                     Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur .....                     Şər-böhtan kampaniyası iflasa uğradı .....                     Azərbaycanda BOKT ləğv edilir .....                     Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... .....                     Elza Seyidcahanın iddiasına .....                     Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir .....                     Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi .....                     “30 il erməniləri Qarabağı sevməyə məcbur ediblər .....                     Güneyli məhbus işgəncə ilə öldürüldü .....                     ABŞ səfirinə İrəvandan cavab: .....                     Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir? .....                     "Salyan Kəndnəqliyyat" ASC-nin səhmdarları toplanır .....                     “Onunla uşağlıqdan dostuq, amma” .....                     “Ehtiras sevginin “abloşka”sıdır” .....                     Gecə bəzi yerlərdə arabir az çiskin olacağı ehtimalı var .....                     Qanunsuz mərc və şans oyunlarında .....                     Evlərin, zinyət əşyalarının alqı-satqı qaydası dəyişir: .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb .....                     BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb .....                     İrəvan amerikalı səfiri təkzib etdi: .....                     Bakı İrəvandan təzminat tələb etdi: məbləğ və səbəb açıqlandı .....                     Trampın planları və reallıq: .....                 

“İrəvanı sülhə məcbur etmək lazımdır” - BAŞQA YOLU YOXDUR...
Tarix: Bu gün, 09:30 | Çap et
 “İrəvanı sülhə məcbur etmək lazımdır”
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının dekabr ayında davam etdiriləcəyi deyilib. Prezidentin köməkçisi Hikmət Hacıyev də vurğulayıb ki, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar. Onun sözlərinə görə, hazırda Azərbaycanın gündəmindəki əsas mövzu COP29-dur. Yəni dekabr ayı ərzində ən azından XİN rəhbərləri səviyyəsində müəyyən görüşlərin baş tutacağı ehtimalı var. Ötən ay Kazanda iki ölkənin rəhbərləri nazirlərə danışıqları intensivləşdirməyi tapşırıb. Buna baxmayaraq, ilin sonunadək razılaşdırılmamış bəndlərlə bağlı ortaq məxrəcə gəlmək ehtimalı zəif görünür. Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə vaxtında cavab vermir və prosesi uzadır. Sülhü yubadan digər amillərdən biri də Nikol Paşinyanın açıqlamalarıdır. Bu mənada Paşinyanın sonuncu bəyanatı da müzakirə predmetidir. Baş nazir bildirib ki, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, "strateji sövdələşməyə" də ehtiyac var. Paşinyan Ermənistan və Azərbaycanın regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxın olduqlarını da iddia edib və yenidən "sülh qovşağı"nın önəmindən danışıb.

Sülh prosesinin gedişatı ilə bağlı "Sherg.az"ın budəfəki “Axşam söhbəti”nin qonağı Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədlidir.

Professor qəzetimizə müsahibəsində İrəvan hökumətinin sülhü məqsədyönlü şəkildə uzatdığını deyib. Siyasi şərhçinin qənaətincə, Ermənistanın oyunlarına onu sülhə məcbur etməklə son qoymaq mümkündür...

- Sabir müəllim, Paşinyanın "strateji sövdələşmə" təklifini necə şərh edərdiniz? Baş nazirin məqsədi, narahatlığı nədir?
- Əslində, Paşinyan Ermənistanın hansı durumda olduğunu və real vəziyyətini yaxşı başa düşür. Ermənistanın regional imkanları, iqtisadi vəziyyəti heç də ürəkaçan deyil. Bu ölkə faktiki olaraq anklav şəklində mövcuddur. Ermənistanın böyük iqtisadi infrastrukturu yoxdur ki, gələcəkdə müstəqil ölkə kimi kənar dövlətlərə minnət duymadan, möhtac olmadan yaşaya, inkişaf edə bilsin. Paşinyan Ermənistanın qonşularla uzun illər rahat və firavan əlaqədə olmasını təmin etmək üçün "strateji sövdələşmə" məsələsini gündəmə gətirir. Ermənistanın vur-tut 2.5 milyon əhalisi var. Paşinyan hökuməti Qərbə, Avropa İttifaqına da meyil edir. Hökumət arxa planda 50 minlik imzatoplama kampaniyası təşkil etdi və parlamentə göndərdi. Bu proses müsbət yekunlaşsa belə, Ermənistanda böyük fəlakətlər qaçılmaz olacaq. Estoniya, Latviya və Litvada olduğu kimi Ermənistanda da gənclərin Qərbə böyük axını baş verəcək. Hazırda Baltikyanı ölkələrdə əhalinin artımı çox cüzidir və ciddi demoqrafik çətinliklər yaşanır. Qərbə üz tutma yolunda bu cür fəlakət Ermənistan üçün də keçərlidir. Deməli, nə iqtisadi, nə regional, nə də demoqrafik baxımdan Ermənistan üçün yaxşı olacaq. Nisbətən çıxış yolu Ermənistanın öz qonşuları ilə münasibətləri düzəltməsi, normal əməkdaşlıq etməsidir. Bununla Ermənistan müəyyən mənada özünü siyasi səhnədə qoruyub saxlaya biləcək.

- Qonşuları deyəndə Azərbaycan və Türkiyəni nəzərdə tutursuz?
- Əlbəttə. Türkiyə ilə sərhədlər açılandan sonra bu ölkənin çoxşaxəli iqtisadiyyatı, biznes dairələri, o cümlədən Azərbaycanla əməkdaşlıq Ermənistan üçün geniş imkanlar yaradacaq. 2.5 milyon əhali nədir ki? Bir şəhərin əhalisi deməkdir. Düzdür, bu, həm də Ermənistanın Türkiyə və Azərbaycanın təsiri altına düşməsi deməkdir. Amma Paşinyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normala dönmədən İrəvanın siyasi-iqtisadi problemləri gələcəkdə öz həllini tapmayacaq. Ona görə də dalana dirənmiş Ermənistan sülh sazişini imzalamağa məcburdur. Amma Paşinyan aldanır. Necə ki, vaxtı ilə Şuşada yallı getməklə, rəqs etməklə aldanmışdı, indi də yanılır. Zənn edir ki, Fransa onlara dəstək verəcək, dar gündə yanlarında olacaq. İran da öz oyununu oynayır. Dolayı yolla çalışır ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsin. Əvəzində öz ərazisini Azərbaycana təklif edir ki, Naxçıvana və oradan Qərbə gedəcək yol İran üzərindən keçsin, xeyrini özü götürsün. Paşinyan ABŞ ilə əlaqələri də gücləndirmək istəyir, birgə hərbi təlimlərlə ABŞ-ni Cənubi Qafqaza gətirməyə cəhd göstərir. Ermənistan həm regional, həm də geopolitik baxımdan başını itirmiş vəziyyətdədir. Qərbin, ABŞ və Fransanın vədlərinə inanan Paşinyan hökuməti sülh sazişinin imzalanması prosesini də qəsdən yubadır.

- Ermənistanın silahlanması nədən xəbər verir? Yeni müharibə ehtimalı varmı?
- Fransa öz silahlarını Ermənistana çatdıra bilmir. Gürcüstan buna imkan vermir. Qərb dövlətlərinin təhriki ilə Hindistan Ermənistanı silahlandırır, raketlər göndərir. İrəvan düşünür ki, silah-sursat əldə etməklə öz mövqeyini gücləndirəcək və Azərbaycanla bərabər səviyyədə masa arxasına əyləşəcək. Bu, mümkünsüzdür. Azərbaycan hökuməti eskalasiya riskini nəzərə alaraq, gələn ilin dövlət büdcəsində hərbi, müdafiə xərclərini atırıb. Məğlubiyyətə uğramış Ermənistan fərqindədir ki, hərbi güc məsələsində Azərbaycanın arxasınca qaçmaq ona heç nə qazandırmayacaq. İrəvan bu cür addımlarla Azərbaycanın təzyiqlərini nisbətən yumşaltmaq niyyəti güdür. Amma ermənilərin yenidən hərbi güc potensialı toplamaq cəhdləri mənasızdır. Ermənistan 30 il ərzində ölkə ərazisini də, işğal etdikləri torpaqlarımızı da Rusiyanın silah-sursatı, hərbi texnikaları ilə doldurmuşdu. Nəticəsini 44 günlük savaşda gördük. Paşinyanın ölkəni silahlandırmasının, hərbi xərcləri artırmasının başqa səbəbi də var. Baş nazir daxildəki revanşist gücləri, hökumətə qarşı çıxan müxalif gücləri də sakitləşdirməyə çalışır.

- Çərçivə sülh sazişinin imzalanmasından söhbət gedir. Yekun müqavilədən öncə hansısa ümumi sənədin imzalanması mümkündürmü?
- Sadəcə, sənəd xatirinə hər hansı sazişi imzalamağa ehtiyac yoxdur. İkinci Dünya müharibəsindən sonra Almaniya ilə Rusiya arasında sülh sazişi imzalanmayıb. 1956-cı ildə bir protokol imzalanıb və iki ölkə həmin protokola uyğun hərəkət ediblər. Kuril adaları ilə bağlı da Rusiya-Yaponiya arasında saziş yoxdur. Demək istədiyim odur ki, sülh sazişi məsələsində Paşinyan hökumətinin oyunlarına aldanmaq olmaz. Bəzi siyasi şərhçilərimiz tez-tez deyirlər ki, əvvəlcə çərçivə sənədi imzalansın, incəlikləri sonra müzakirə edilsin. Buna ehtiyac yoxdur. 30 illik işğal faktı göz önündədir, izləri hələ də Qarabağda durur. Buna rəğmən, ermənilərin işğalçılığını onların boyunlarına qoya bilmirik. İllər sonra İrəvana, onları himayə edən Qərbə nəyisə sübut edə biləcəyikmi? Lazım olarsa, Ermənistana hərbi güc tətbiq etməklə fundamental şərtlərə əsasən yekun sülh müqaviləsinə imza atmağa məcbur etməliyik. İrəvanı sülhə məcbur etmək lazımdır. Sülh sazişinin uzanmasının Ermənistan üçün çox ağır nəticələri olacaq. Ermənistan sülh sazişini imzalamağa hazır olduğunun görüntüsünü yaradır. Daha doğrusu, burada Paşinyanın Ermənistan üçün məqbul saydığı sülh mətninin imzalanmasından söhbət gedir. Təbii ki, Azərbaycan bununla razılaşmır. Bakının tələbi odur ki, sülh sazişi fundamental tələblər yerinə yetirilməklə imzalansın.

- Hesab edilir ki, sülh prosesi ilə yanaşı, Ermənistandan törətdikləri cinayətlərə görə təzminat da tələb edilməlidir...
- Azərbaycan beynəlxalq arbitraj məhkəmələri ilə öz haqqını tələb edir və etməlidir. Ötən illərdən ciddi məhkəmə prosesləri başlayıb, müəyyən nəticələr var. Beynəlxalq Haaqa Məhkəməsində, Ədalət Məhkəməsində Ermənistanın 30 illik işğal dövründə Azərbaycana vurduğu ziyanın təzminatı tələb olunur. Üstəlik, COP29 çərçivəsində aydın oldu ki, Ermənistan 30 illik işğal dövründə həm də Azərbaycanın enerji resurslarına çıxışını da məhdudlaşdırıb, əngəlləyib. Çoxsaylı sərvətlərimizi, resurslarımızı istismar ediblər. Ermənistan bütün bunlara görə təzminat ödəməli, cəzalandırılmalıdır. Yəni Ermənistan diplomatik vasitələrlə də Azərbaycan tərəfindən sıxışdırılır.

- Qərbi azərbaycanlıların geri dönüş haqqını görməyən bəzi Qərb dairələri "ermənilərin Qarabağa qayıdışından" danışırlar. Bu məsələ nəvaxtadək Bakıya təzyiq vasitəsi kimi istifadə ediləcək?
- Əvvəlcə onu xatırladım ki, 1989-cu ildə Ermənistan Ali Sovetinin Rəyasət Heyətinin Qərbi azərbaycanlıların öz yurdlarından deportasiya edilməsi ilə əlaqədar xüsusi qərarı var. Bu qərar ləğv edilməlidir. Qərbi Azərbaycandan zorla qovulmuş insanlarımız öz torpaqlarına qayıtmaq hüququna malikdir və onların bu hüququ mütləq tanınmalıdır. Ermənipərəst dairələr Qarabağdan öz xoşları ilə getmiş ermənilərin "geri dönüş" hüququndan danışırlar, onların geri qayıtmasını tələb kimi irəli sürürlər. Problem ondadır ki, bəzi politoloqlarımız, diplomatik dairələrimiz "ermənilərin Qarabağa qayıtması" tələbinin qarşısına Qərbi azərbaycanlıların öz yurdlarına geri dönməsi məsələsini qoyurlar. Halbuki bunlar tamam fərqli məsələdir və bir-birinə qarışdırmaq doğru deyil. Ermənistanın və onun himayədarlarının istəyi başqadır, Azərbaycan dövlətinin tələbi tamam başqadır. Vizual olaraq iki məsələni bənzətsələr də, bunlar ayrı söhbətlərdir. Bəzi diplomatlarımız son dərəcə diqqətli olmalı, erməni hiylələrinə uymamalıdır. Ermənilər Qarabağı könüllü tərk ediblər, öz istəkləri ilə təhlükəsiz qaydada gediblər. Heç kim onlara təzyiq göstərməyib, çıxmaları barədə qərar verilməyib. Amma Qərbi azərbaycanlılar məhz Ermənistan dövləti səviyyəsində rəsmi qərar əsasında deportasiya olunublar. Azərbaycanda isə Qarabağda yaşamış ermənilərlə bağlı heç bir hüquqi qərar yoxdur. İrəvan ilk növbədə həmin qərarı ləğv etməli, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını ləyaqətli şəkildə təmin etməlidir.

- Paşinyan hökuməti kommunikasiya məsələsini yenidən gündəmə gətirir. Hətta Bakıya "sülh qovşağı" layihəsini də təqdim ediblər. İrəvanın bu gedişi nəyə hesablanıb?
- Ermənistan regional və beynəlxalq əlaqələrini normallaşdırmazsa, onun gələcəyi, inkişafı sual altındadır. Bunun fərqində olan Paşinyan kommunikasiyaların işə düşməsinin həyati əhəmiyyət kəsb etdiyini anlayır. Ancaq Paşinyan kommunikasiya prosesində də səmimi deyil, ona görə də "sülh qovşağı" layihəsini ortaya atır. Məhz Ermənistanın manipulyativ hərəkətlərinə, kənar gücləri prosesə cəlb etmək təşəbbüslərinə görə kommunkasiya məsələsinin müzakirəsi sonrakı mərhələyə saxlandı. Əgər İrəvan səmimi olsaydı, Zəngəzur dəhlizinə "yox" deməzdi. Əslində, Zəngəzur dəhlizi iqtisadi baxımdan birbaşa Ermənistanın özü üçün də olduqca faydalıdır. Ermənistan Zəngilandan Dərbəndədək dəmir yolundan istifadə imkanı qazanacaq. Ermənilər öyrəşiblər ki, hər addımları qarşılığında nəsə istəsinlər. Hətta öz faydaları üçün gördükləri işlərdə belə əvəzində nələrsə tələb edirlər. BMT-nin COP29 tədbirinə gəlmək üçün belə Bakının qarşısında absurd şərtlər qoydular. Ermənilər onlara "salam verəndən borc istəyirlər". Bu, normal təfəkkür deyil. Ermənistan hökuməti birdəfəlik dərk etməlidir ki, sülh olmazsa, kommunikasiyalar açılmazsa, bataqlıqdan çıxa bilməyəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:44
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Bu gün, 16:40
`LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Bu gün, 16:35
Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Bu gün, 16:26
Model Razi ANA OLDU - FOTO
Bu gün, 16:18
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Bu gün, 16:15
Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Bu gün, 16:10
Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Bu gün, 16:01
Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Bu gün, 15:59
“400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Bu gün, 15:56
Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Bu gün, 15:52
Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Bu gün, 15:22
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:19
İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Bu gün, 15:17
Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Bu gün, 15:14
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Bu gün, 15:08
Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Bu gün, 15:01
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Bu gün, 14:59
Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur - DETALLAR
Bu gün, 14:55
Şər-böhtan kampaniyası iflasa uğradı - deputat
Bu gün, 14:00
Azərbaycanda BOKT ləğv edilir
Bu gün, 13:58
Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... - ŞƏRH
Bu gün, 13:06
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Bu gün, 13:02
Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir - deputat
Bu gün, 12:59
Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi - VİDEO
Bu gün, 12:53
“30 il erməniləri Qarabağı sevməyə məcbur ediblər - Ovannisyan
Bu gün, 12:48
Güneyli məhbus işgəncə ilə öldürüldü - Fars-molla rejimindən VƏHŞİLİK
Bu gün, 12:45
ABŞ səfirinə İrəvandan cavab: - “Bakı ilə belə bir təmas olmayıb”
Bu gün, 12:42
Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir? - “Hraparak”
Bu gün, 12:40
"Salyan Kəndnəqliyyat" ASC-nin səhmdarları toplanır
Bu gün, 12:36
“Onunla uşağlıqdan dostuq, amma” - Paşinyan istefaya göndərdiyi nazirdən danışdı
Bu gün, 12:32
“Ehtiras sevginin “abloşka”sıdır” - “Alatava”nın “Emka”sı
Bu gün, 12:25
Gecə bəzi yerlərdə arabir az çiskin olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:22
Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA
Bu gün, 12:20
Evlərin, zinyət əşyalarının alqı-satqı qaydası dəyişir: - Cərimələnə bilərsiniz
Bu gün, 12:16
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
Bu gün, 12:13
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb
Bu gün, 12:10
İrəvan amerikalı səfiri təkzib etdi: - "Azərbaycanla rəsmi əlaqəmiz yoxdur"
Bu gün, 12:06
Bakı İrəvandan təzminat tələb etdi: məbləğ və səbəb açıqlandı - AKTUAL
Bu gün, 12:04
Trampın planları və reallıq: - kimlərisə kədərli aqibət gözləyir
Bu gün, 12:02
Qazaxıstanda deputatlar MORYA haqqında müqaviləni ratifikasiya ediblər - KİV
Bu gün, 11:55
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
Bu gün, 11:51
AQTA 1,4 milyon manata Şamaxıda inzibati bina tikdirir - TENDER NƏTİCƏSİ
Bu gün, 11:47
"Pulum kirayəyə gedir"
Bu gün, 11:45
Hərbi bazalar gücləndirilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:42
Ermənistan bu ölkədən yeni SİLAHLAR ALIR
Bu gün, 11:37
Azərbaycanın tanınmış generalının oğlu yüksək vəzifəyə getdi - FOTO
Bu gün, 11:33
Daha bir şirkət ölkədən valyuta vəsaiti çıxarıb, amma geri qaytarmayıb - TƏFƏRRÜAT
Bu gün, 11:25
Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC
Bu gün, 11:19
Zelenski Krıma görə 10 minlərlə insanı itirmək istəmir
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru